Əlaqə Arxiv
news Image
2013.08.30
13:10
| A A A
Yaponiya da Əsədə meydan oxudu
Nazirlər Kabinetinin Baş katibi kimyəvi silahdan istifadəyə qarşı dözümlü olmayacaqlarını bəyan edib

Suriyada Əsəd hökumətinin kimyəvi silahdan istifadə iddialarına okeanın o tayından da reaksiya gəldi. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa bildirib ki, Böyük Britaniyanın baş naziri Devid Kemeronun Suriyaya mümkün hərbi müdaxilə planı bu ölkənin parlamenti tərəfindən qəbul olunmasa da, yapon hökumətinin bu məsələdə mövqeyi dəyişməz qalır.

"Nazirlər Kabinetinin üzvləri belə qərara gəlib ki, heç bir şəraitdə, heç bir halda kimyəvi silahdan istifadəyə qarşı dözümlü olmayacaq. Yaponiya hökuməti hesab edir ki, məsuliyyət Əsəd hökumətinin üzərindədir və biz bu məsələdə beynəlxalq ictimaiyyətlə yaxından əməkdaşlıq etməyə davam edirik. Təbii ki, qaçqınlar kimi acınacaqlı vəziyyətdə olan insanları humanitar yardımla təmin edəcəyik." - deyə, Yosihide Suqa bildirib.

Suqa keçirdiyi mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının təkbaşına Suriyaya hərbi müdaxilə etməsinin mümkünlüyü barədə suala cavab verməkdən isə imtina edib.


Sizin Reklam Yeriniz