news Image
2013.08.30
14:45
| A A A
DİN Balakəndə toyda baş verən silahlı insidentlə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Balakəndə toy zamanı baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Mövqe.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da Balakən rayonundakı "Nərmin" şadlıq sarayında keçirilən toy məclisində Qullar kənd sakini İbrahim Muqumov ilə Rusiya Federasiyası vətənaşı Səbuhi Rəhimov arasında münaqişə baş verib və sonradan onlar şadlıq sarayının həyətinə çıxıblar.

Orada İ.Muqumov tapançadan atəş açaraq S.Rəhimova və hadisə yerinin yaxınlığında olan onun dostu, Mahamalar kənd sakini Müsənnif Layıcova qarın nahiyələrindən xəsarət yetirib hadisə yerindən qaçıb.

M.Layıcov və S.Rəhimov xəstəxanaya yerləşdiriliblər.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Muqumov tutulub, hadisəni törədərkən istifadə etdiyi "Akdal" markalı tapança və 4 ədəd güllə ondan götürülüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs