news Image
2013.09.03
07:52
| A A A
Azərbaycan Ermənistan üzərində daha böyük hərbi üstünlük qazanır
Ordumuzun ixtiyarında daha güclü və müasir özüyeriyən artilleriya qurğuları düşmən üzərində əzici üstünlük qazandırır

Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan ordusuun ən qabaqcıl hərbi texnologiya Cənubi Koreyadan da yeni silahlar almaq istəyir. Artıq ölkəmizin bu dövlətdən almaq istədiyi silahların növləri məlum olub.

Koreyanın "Hankook İlbo" nəşri Cənubi Koreya parlamentindəki mənbəyə istinadən xəbər yayıb ki, Azərbaycanın Cənubi Koreyadan almaq istədiyi silah partiyası arasında iki sualtı qayıq, səsdən iti uçan T-50 təlim təyyarələri, dünyada ən yaxşılardan sayılan özüyeriyən artilleriya qurğusu SAU K-9, helikopterlər və uçan pilotsuz qurğuların olduğu bilirilir. Yerli medianın yazdığına görə, Cənubi Koreya hökuməti dəyəri 3 milyadr dollar olacaq alış-verişi həyata keçirib-keçirməyəcəyi ilə bağlı yekun qərara gələ bilmir. Burada diqqət çəkən məqamlardan biri də özüyeriyən artilleriya qurğusu ilə bağlıdır. Son dövrlərdə azərbaycan belə silahların alışına xüsusi önəm verir. Məsələn, ölkəmiz Rusiyadan "Vena" özüyeriyən artilleriya silahları alıb. Xatırladaq ki, Rusiyanın 120 mm-lik "Vena" özüyeriyən artilleriya qurğuları ilk dəfə İDEX-97 sərgisində nümayiş olunub. Bu qurğular 1 kilometr məsafədən düşmənin möhkəmləndirilmiş atəş nöqtələrini, zirehli texnikasını və canlı qüvvəsini, minomyot batareyalarını və digər hədəflərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Mərmi hədəfdən yayınanda növbəti mərmini hədəf düz tuşlayan avtomatik sistemlə təchiz olunub. Əsas silahı 120 mm-lik silahdır, o, özündə tırtıl-top və minomyot funksiyalarını birləşdirir. 120 mm-lik bütün növ mərmilərlə atəş aça bilir. Atəşi idarəetmə sistemi tamamilə avtomatlaşdırılıb. Bundan başqa hədəfi lazerlə aşkar etməyə imkan verən "Ştora-1" qurğusu, 12 qumbaraatan və 81 mm-lik tüstü qumbaraları atan sistemə malikdir.

Hərbi büdcə isə daha çox belə silah almağa imkan verir. Xatırladaq ki, ölkənin hərbi büdcəsi 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edir. Azərbaycanın Türkiyənin "Fırtına" özüyeriyən artilleriya qurğusuna maraq göstərdiy də məlumdur. Qeyd edək ki, Makina və Kimya Sənayesi Təşkilatı şirkəti tərəfindən istehsal olunan bu artilleriya qurğusu Türkiyə Silahlı Qüvvələrinin inventarına 2004-cü ildə daxil olub. Heyəti 5 nəfərdən ibarət olan "Fırtına" 155 mm çaplı L52 topuna və 12.7 mm çaplı pulemyota malikdir. "Fırtına" hərəkət vəziyyətində 30 saniyə içində atəş hazırlığı vəziyyətinə gətirilə, 15 saniyədən bir intervalla atəş aça bilir. Artilleriya qurğusunun 40 km-dən uzaqlıqdakı məsafədəki hədəflərə atəş açmaq qabiliyyəti var. Qurğu ASELSAN istehsalı olan İnersiya Naviqasiya Sistemi (Inertial Navigation System) vasitəsi ilə hədəflərin koordinatlarını 17,5 m dəqiqliklə təyin edə bilir. "Fırtına" atəş uzaqlığına və manevr qabiliyyətinə görə, Azərbaycan Ordusunun inventarındakı "Akasiya", "Qvozdika" və "Giatsin" kimi keçmiş sovet istehsalı olan özüyeriyən artilleriya qurğularından üstün sayılır. Atəş uzaqlığına və effektliliyinə görə, 203 mm çaplı 2C7 "Pion" qurğuları ilə müqayisə oluna bilər.

Ölkəmiz Rusiyadan "Msta-S" qurğuları da alıb. "Msta-S" Rusiyanın 152 mm-lik ən müasir özüyeriyən artilleriya qurğusudur. T-72 və T-80 tanklarının bazasında yığılır. Düşmənin taktiki nüvə vasitələrini, artilleriya və minomyot batareyalarını, tanklarını və digər zirehli texnikasını, HHM vasitələrini, canlı qüvvəsini, möhkəmləndirilmiş atəş nöqtələrini və digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Qapalı mövqedən və ya birbaşa müşahidə olunan və olunmayan hədəflərə atəş aça bilir. Qurğu atəşi avtomatik idarəetmə sistemləri ilə təchiz olunub, döyüş komplektinə 50 mərmi daxildir. Qəlpəli-fuqas mərmiləri ilə 24 kilometr məsafədən, qaz-generator mühərrikli mərmilərlə isə 29 kilometrdən hədəfi vura bilir. İlk dəfə 1992-ci ildə nümayiş olunub, Rusiya ordusunun bu silahlarla təchizatı 2000-ci ilin əvvəllərindən etibarən başlayıb. Ordumuzun ixtiyarında olan 203 millimetrlik "Pion" özüyeriyən artilleriya qurğusu isə bu növdə ən güclü sistemə malikdir. 152 millimetrlik 2S3 "Akasiya", 122 millimetrlik 2S1 "Qvozdika" özüyeriyen artilleriya qurğuları düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, cəmləşmə rayonlarında yerləşən canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malikdir. Bütün bunlar isə Ermənistan üzərində üstünlüyü dəfələrlə artırır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs