news Image
2011.11.23
19:57
| A A A
"Borclanma strategiyasının qəbulu zəruridir"
"Yarana biləcək risklərin qarşılanması üçün dövlətin ehtiyat fondlarının artırılması məqsədəuyğundur"

Büdcə kəsirinin nəzərdə tutulandan daha az olacağı gözlənilir. Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisdə gələn ilin büdcə layihəsinin müzakirəsinə həsr olunmuş iclasda Hesablama Palatasının sədri Heydər Əsədov söyləyib. Heydər Əsədov bildirib ki, Hesablama Palatası borclanma strategiyasının qəbulunu zəruri sayır. O qeyd edib ki, büdcənin şəffaflığı üçün addımlar atılıb, "sair xərclər" konkretləşdirilib. Hesablama Palatasının sədri hesab edir ki, ehtiyat fondlarının artırılması da gərəkdir: "Yarana biləcək risklərin qarşılanması üçün dövlətin ehtiyat fondlarının artırılması məqsədəuyğundur".

Heydər Əsədov vurğulayıb ki, hazırda valyutalara inam, dünyada vəziyyəti nəzərə alaraq yığım strategiyasının həyata keçirilməsinə önəm verilmir: "Belə bir halda Neft Fondundan büdcəyə transferlərin artması lazımdır".

O, Hesablama Palatasının büdcənin təkmilləşdirilməsi üçün irəli sürdüyü təklifləri də açıqlayıb: "Kredit sərəncamçıları kifayət qədər vəsait alırlar. Artıq kredit sərəncamçılarının hesabat verməsi gərəkdir. Borclanma siyasəti ciddi xarakter aldığı üçün korporativ borcların artması risklər yaradır. Buna nəzarət artırılmalıdır. Borclanma siyasətini tənzimləyən sənədlərin hazırlanmasına ehtiyac var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs