news Image
2013.09.13
14:08
| A A A
Bakı Metropoliteni payız qrafikinə keçir

Sentyabrın 16-dan Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinə keçiləcək.


Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqədir. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir. Movqe.az-ın xəbər verdiyi kimi, bu barədə metropolitenin məlumatında bildirilir.

Məlumata görə, günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edir. Həmin vaxtlarda "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqə təşkil edir.

"Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil"-"N.Nərimanov" yol mənzili istiqamətində bəzi hallarda daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə şənbə və bazar günlərində qatarların "Bakmil"-"Nərimanov" və əks istiqamətdə hərəkətində cüzi dəyişiklər edilib.

Qeyd edək ki, yeni qrafikin müddəti 2014-cü il ilin iyul ayına qədərdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs