Əlaqə Arxiv
news Image
2011.11.23
19:58
| A A A
Bakıda bəzi mənzillər qışı istiliksiz keçirəcək

Cəmşid Naxçıvanski küçəsindəki 62 saylı bina və ona bitişik bir neçə digər binada 1993-cü ildən indiyədək istilik yoxdur. Bunu sakinlərdən biri Day.Az saytına ünvanladığı şikayət məktubunda yazıb. "Bu qışı da soyuq mənzillərdə keçiririk. Binamıza istilik nə vaxt veriləcək?", - deyə sakin sual edir.

"Azəristiliktəchizat" ASC-nin Nizami rayon şöbəsinin 16 saylı istismar sahəsinin rəisi Mustafa Əhmədovun məsələyə münasibəti belə olub:

"Qeyd olunan ünvanda istilik həqiqətən də yoxdur. Məsələ ondadır ki, 62 saylı yaşayış binasında hələ ki, istilik sistemi qurulmayıb. Bu proses mərhələli şəkildə həyata keçirilir. İstilik sisteminin olmadığı 32 yaşayış binasının siyahısı hazırlanaraq "Azəristiliktəchizat" ASC-yə təqdim olunub. Onların arasında 62 saylı bina da var. Onlar Dövlət İnvestisiya Proqramına daxil olunub. Ayrılan vəsaitdən asılı olaraq onların istilik sistemilə təchiz olunması prosesi aparılır".

M.Əhmədov 62 saylı binaya istiliyin veriləcəyi tarixi dəqiq bilmədiyini söyləyib. "Bu, 2012-2013-cü illərdə ola bilər. Bilirəm ki, 2015-ci ilədək bütün yaşayış binaları istilik sistemilə təchiz olunacaq", - deyə o, qeyd edib.

Sizin Reklam Yeriniz