news Image
2012.05.21
19:14
| A A A
Eurovision 2012” mahnı müsabiqəsinə həsr olunmuş ödəniş kartı təqdim edilib

Mövqe.Az RİTN-ə istinadən xəbər verir ki, "MilliKart" MMC-nin müştərisi olan "ASB" ASC turistlərə, şəhərimizin qonaqlarına və həmçinin Azərbaycan Respublikasının vətəndaşlarına yeni ön ödəməli "Maestro Baku Card"ı təqdim edir. Bu layihə "MilliKart" MMC, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və "MasterCard" kimi tərəfdaşların sponsorluğu ilə həyata keçirilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə "MilliKart" prosessinq mərkəzinin məlumatında deyilir.

Kartın "MilliKart" MMC ilə sıx əməkdaşlığı nəticəsində reallaşması ölkəmizdəki nağdsız ödəmə sistemlərinin inkişafına təkan verəcək. Kart "Eurovision 2012" mahnı müsabiqəsinə həsr olunub və şəhərimizin adını daşıyır. "Baku Card" ideal ödəniş vasitəsidir və aşağıdakı özəlliklərə malikdir:

yerli valyutada həyata keçirilən təhlükəsiz və rahat ödəniş vasitəsi

nağd vəsait və çeklərə nisbətən sərfəli mübadilə məzənnələri

"Park Bulvar"la yanaşı, şəhərimizin çoxsaylı müxtəlif satış və xidmət məntəqələrində 10% endirim əldə etmək imkanı

respublika ərazisində və xaricdə ödəniş etmək imkanı

istənilən ATM vasitəsilə 7/24 vəsaitin əldə olunması

balansın asanlıqla artırılması

balans, hesab və tranzaksiyaların tarixçəsi haqqında məlumatın əldə olunması

səyahət xərclərini ayırma imkanı

"Baku Card" içində ön ödəməli kart, Bakının görməli yerlərini əhatə edən broşür və şəhərin xəritəsi olan xatirə paketində təqdim olunur.