Əlaqə Arxiv
news Image
2012.05.22
17:22
| A A A
İran azərbaycanlıları qiyama qalxdı – YENİLƏNİB– FOTO – VİDEO
İranda Urmiya gölünün qurumasına hökumətin laqeyd münasibətinə etiraz olaraq mayın 21-də Təbriz və Urmiyada kütləvi etiraz aksiyaları keçirilib.
Bu barədə aksiya keçirilən şəhərlərdə yaşayan soydaşlarımızdan daxil olan məlumata görə, nümayişlərdə kişilərlə yanaşı, qadınlar da iştirak edib. Dinc yolla keçirilən aksiyalarda Urmiya gölünə dəstək, hakimiyyətə isə qarşı siyasi şüarlar səsləndirilib.
"Yaşasın Azərbaycan", "Azərbaycan bir olsun, istəməyən kor olsun", "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" şüarları altında keçirilən nümayişlərdə əsas tələblər Urmiya gölünün qurumasının qarşısının alınması üçün hökumətin ciddi tədbirlər görməsi, azərbaycanlı fəallara qarşı təzyiqlərin dayandırılması, milli ayrı-seçkiliyin aradan qaldırılması və 35 milyondan çox azərbaycanlının vətəndaş hüquqlarının təmin edilməsi olub.
Urmiyanın Əsgərabad məhəlləsində və "Sərdaran" adlı dördyolda polis dəstələri ilə nümayişçilər arasında qarşıdurmalar yaranıb. Polislər motosikletlərini aksiya iştirakçılarının üstünə sürərək, rezin dəyənəklərlə hücum ediblər. Təbrizdə və Urmiyada polis plastik güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. İlkin məlumatlara görə, beş saat davam edən aksiyalarda yüzdən çox nümayişçi həbs olunub, yaralananlar da var. Xoy, Marağa, Miyana və başqa bir neçə şəhərdə aksiya keçirməyə cəhdlər olsa da, polisin qabaqlayıcı tədbirləri nəticəsində bu baş tutmayıb. Polis 2-3 nəfərin bir yerə yığışdığını görən kimi həbs edib. Hazırda İranın Azərbaycan əyalətlərinin iri şəhərlərində internet kəsilib.










Sizin Reklam Yeriniz