Əlaqə Arxiv
news Image
2013.12.03
15:37
| A A A
Bu gün Beynəlxalq Əlillər günüdür

Bu gün hər il dekabr ayının 3-də qeyd olunur. Beynəlxalq Əlillər günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. 

Hər il keçirilən Beynəlxalq əlillər günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilmişdir. 

Bu günün elan olunmasının məqsədi - insan hüquqlarına tam və bərabər riayət edilməsinə və əlillərin cəmiyyətin həyatında iştirakına nail olmaqdır. Bu məqsəd 1982-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş əlillərə münasibətdə Ümumdünya hərəkət proqramında göstərilmişdir.

Hazırda dünyada 150 milyondan çox xüsusi qayğıya ehtiyacı olan əlil uşaq var. Azərbaycanda isə bu gün 462 min 672 nəfər əlil var. Bunların müəyən hisəsi əmək pensiyası, digər qismi isə sosial müavinətlə dolanır.

Azərbaycanda, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Əlill vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur.

Sizin Reklam Yeriniz