news Image
2012.05.30
21:43
| A A A
Ən ağır vəziyyət tikinti sektorunda müşahidə olunur
Səttar Mehbalıyev: "Orada ölüm hallarının, bədbəxt hadisələrin baş vermə riski 5-6 qat digər sahələrdən çoxdur"

Son 4 ildə Azərbaycanda işçilərin təhlükəsiz şəraitdə çalışması üçün normal şərait yaradılıb. Bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, hazırda ən ağır vəziyyət tikinti sektorunda müşahidə olunur. Biz tikinti sektorunda işçilərin təhlükəsizliyi məsələsini hər dəfə deyirik. Orada ölüm hallarının, bədbəxt hadisələrin baş vermə riski 5-6 qat digər sahələrdən çoxdur. Buna baxmayaraq, biz həm ƏƏSMN Dövlət Müfəttişliyi tərəfindən, həm də həmkarlar təşkilatına daxil olan tikinti sektorunun təhlükəsizliyinə nəzarət edirik. Bu sahədə imkanımız daxilində problemlərin aradan qaldırılmasına çalışırıq.

O qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində olan sanatoriyalarda 2013-cü ilə kimi normal şərait yaradılacaq.

Onun sözlərinə görə, hazırda sanatoriyalarda aparılan təmir-bərpa işləri nəticəsində ötən illə bu il arasında böyük fərq var. İndi AHİK nəzdində olan bütün sanatoriyalarda böyük abadlıq təmir işləri aparılır. Yay istirahətinin yaxşı təşkili üçün əsas təmir işləri turist istirahət bazalarında aparılıb. Ancaq sanatoriyalarda isə təmir-bərpa işləri il boyu aparılır. Çalışırıq ki, insanların sanatoriyalarda yaxşı istirahəti üçün bütün şəraitləri yaradaq.

S.Mehbalıyev vurğulayıb ki, hazırda beş Sahə Həmkarlar Təşkilatının şəxsi mülkiyəti kimi turist istirahət mərkəzi tikilib. Gələn il Nabranda təhsil işçilərinin vəsaitləri hesabına tikdirdikləri 288 nəfərlik sanatoriyanın istifadəyə verilməsi gözlənilir.

O bildirib ki, il ərzində 30 mindən çox insan istirahət üçün AHİK nəzdində olan sanatoriyalara göndərilir. Özəl sanatoriyalara isə ildə 20-25 min insan göndərilir. Dövlətin idarə və müəssisələrində çalışan insanlar tərəfindən AHİK-ə illik 10-15 milyon manat köçürülür. Bu vəsait hesabına insanlar müəyyən güzəştlərlə 5-10 günlük istirahətə göndərilirlər.

AHİK sədri bildirib ki, Dövlət təhsil müəssisələrində çalışan işçilərin əmək haqları artırılmalıdır.

Onun sözlərinə görə, bununla bağlı konfederasiyaya müraciətlər olunur. Biz istəyirik ki, dövlət tərəfindən təhsil işçilərinin əmək haqları artırılsın.

O deyib: "İndiyədək əmək haqlarının artırılması prezidentin fərman və sərəncamları ilə həyata keçirilib. Son altı ildə dövlət büdcəsindən Azərbaycanda təhsilə böyük vəsait ayrılıb. Bu vəsaitlər hesabına təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib, yeni məktəblər tikilib və s. Həmçinin təhsil işçilərinin əmək haqqı müəyyən qədər artırılıb. Hesab edirik ki, vəziyyətə uyğun olaraq, təhsil işçilərinin əmək haqqı artırılmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs