Əlaqə Arxiv
news Image
2014.01.05
12:17
| A A A
20 yaşlı gənc özünü körpünün üstündən belə atdı

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını bildirib. Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və polisə bu barədə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin, kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb. Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.  Xəstəxanadan APA-ya verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda gecə saatlarında gənc oğlanın körpüdən atılaraq intihar etməsi ilə bağlı məlumat yayıb. Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin  intihar etmək məqsədilə körpünün üzərinə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib. Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşüb və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Sizin Reklam Yeriniz