Əlaqə Arxiv
news Image
2014.01.05
12:45
| A A A
Dəhşətli qəza bir ailədən üç can aldı

Azərbaycanın Lənkəran rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 5-də saat 10.30 radələrində Ələt-Astara magistralının 181-ci kilometrliyində - rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi "VAZ-2103" markalı, 02 BA 768 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı sürücünün idarə etdiyi "Volvo" markalı, 99 JE 292 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının yoluna çıxaraq onun altına girib. Nəticədə "VAZ-2103"-ün sürücüsü və avtomobildə olan sərnişinləri - həyat yoldaşı ilə qızı Məhəbbət Həsənova hadisə yerində ölüblər. Hər üç şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.  İlkin versiya kimi hadisəyə "VAZ-2103" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulayaraq "Volvo"nun yoluna çıxmasının səbəb olduğu bildirilir. Qəzaya uğramış ailə Lənkəranda hərbi qulluq keçən övladlarının yanına gəlirmiş. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz