news Image
2014.01.06
10:47
| A A A
Voleybolçularımızdan möhtəşəm uğur
Qadın voleybolçular arasında Bakıda keçirilən dünya çempionatının III mərhələsinin J qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yanvarın 5-də son turun oyunları keçirilib. Voleybol Mərkəzində keçirilən yarışın III turunda öncə İsrail və Estoniya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Oyun birincilərin "quru hesab"lı qələbəsi ilə başa çatıb.  Ardınca Azərbaycan millisi Serbiya ilə üz-üzə gəlib. Hər 2 komanda ilk 2 turu qələbə ilə başa vurduğundan oyun xüsusi əhəmiyyət daşıyırdı.  Matç Faiq Qarayevin yetirmələri üçün yaxşı başlamayıb. Lakin hesabda 2 dəfə geri düşən voleybolçularımız yekunda lazımi qələbəni qazanıblar. "Tay-brek"də rəqibindən üstün olan komandamız qrup qalibi kimi mərhələ adlayıb.  Bununla da, yığmamız mundialın final mərhələsində üçüncü dəfə oynamaq hüququ qazanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs