Əlaqə Arxiv
news Image
2014.01.06
10:56
| A A A
Toyda dava düşdü 5 nəfər xəstəxanalıq oldu
Göyçay rayonunda toy mərasimi dava ilə nəticələnib. APA-nın məlumatına görə, hadisə rayonun Bəydövül kəndində qeydə alınıb. Kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov  bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb. Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sizin Reklam Yeriniz