news Image
2014.01.06
11:12
| A A A
Silahlı qaçaqmalçılar sərhəddə yaxalandı

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrupun İrandan Azərbaycana keçmə cəhdinin qarşısı alınıb.Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. "Sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunub və nəticədə silahlı toqquşma baş verib. Sərhədçilərin peşəkar və qəti hərəkətləri nəticəsində silahlı basqın dəf olunub, sərhəd pozucuları geri qaçmağa məcbur edilib", - deyə məlumatla bildirilir. Hadisə yerinə baxış zamanı ərazidə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs