Əlaqə Arxiv
news Image
2012.06.01
14:24
| A A A
Məleykə Abbaszadə xəbərdarlıq etdi

Movqe.Az xəbər verir ki, təhsil müəssisələrində iyunun 2-də və 3-də illik buraxılış imtahanları keçiriləcək. Bunu keçirdiyi bugünkü mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, sabah Bakı şəhərində Azərbaycan və rus bölməsi üzrə şagirdlərin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar, Xaşmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanları təşkil olunacaq. İyunun 2-də 11-ci sinif, 3-də 9-cu sinif şagirdləri saat 11.00-da iki saat ərzində biliklərini nümayiş etdirəcəklər.

O deyib: "TQDK tərəfindən şagirdlərə pulsuz yaddaş kitabçası təqdim olunub. Burada abituriyentlərə imtahan prosesi ilə vacib tövsiyələr, onların əməl etməli qaydaları və digər zəruri məlumatlar çatdırılır. Yaddaş kitabçasında şagirdlərin imtahana buraxılış vərəqəsini, şəxsiyyətini təsdiq edən sənədin əslini imtahana gətirməsi və digər məlumatlar əksini tapıb".

O valideynlərə müraciətində söyləyib ki, onlar uşaqları stresslərdən uzaq etməli və imtahana xoş əhval-ruhiyyə ilə göndərməlidirlər.

Ümumiyyətlə, iyunun 2-də orta ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində 53 imtahan mərkəzi yaradılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər 11-ci sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulub. İyunun 3-də orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün isə Bakıda 68 imtahan mərkəzi yaradılıb. Həmin gün Bakı şəhəri üzrə 34277 nəfər 9-cu sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulub. Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar, Xaşmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanları keçirilməsi üçün bu şəhərlərdə 1 imtahan mərkəzi yaradılıb. İyunun 2-də həmin şəhərlərin rus bölməsi buraxılış 11-ci siniflərində təhsil alan 1935, iyunun 3-də 2096 nəfər 9-cu sinif şagirdi imtahan verəcək.

Sizin Reklam Yeriniz