news Image
2014.01.09
17:10
| A A A
3 aya dayanacaqlarda Wi-Fi olacaq
Namiq Həsənov: "2015-ci ildə paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər bütün dayanacaqlar Wi-Fi şəbəkə ilə əhatə olunacaq"

Bu ilin 3 ayı ərzində avtobus dayanacaqlarında Wi-Fi şəbəkəsi yaradılacaq. Bu məlumatı Movqe.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib. N. Həsənov bildirib ki, dayanacaqda pulsuz olaraq internetə qoşulma imkanı yaradılacaq: " Avtobus dayanacqlarında Wi-Fi şəbəkəsinin quraşdırılmasına bu ilin birinci rübündən başlanılacaq. 2015-ci ildə paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədər bütün dayanacaqlar Wi-Fi şəbəkə ilə əhatə olunacaq. Şəbəkənin quraşdırılmasında əsas məqsəd Avropa Yay Olimpiya Oyunlarında əhaliyə və turistlərə keyfiyyətli xidmət göstərməkdir. Yəni, turistlər internetə rahat şəkildə qoşularaq məlumatları asanlıqla əldə edib ötürə biləcəklər. Wi-Fi şəbəkəsi Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta gətiriləcək əlavə 1200 avtobusda  da quraşdırılacaq. Eləcə də oyunlar zamanı paytaxta daha 2 min London taksisi gətiriləcək ki,  onların da hamısının Wi-Fi-ı olacaq". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs