news Image
2014.01.09
17:25
| A A A
Evlərə sü çəkmək asanlaşdı
"Azərsu" texniki şərtlərin verilməsi qaydalarını sadələşdirilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Movqe.az-a verilən məlumata görə, indiyədək Bakı şəhəri və Abşeron rayonunda yaşayanlar texniki şərt almaq üçün birbaşa "Azərsu" ASC-yə müraciət edirdi. Bu sahədə aparılan islahatlar nəticəsində yerli Sukanal idarələrində texniki şərtlərin verilməsi üçün lazımi şərait yaradılıb. Artıq abunəçilər sənədlərini rayon Sukanal idarələrinə təqdim edib texniki şərtləri oradan ala bilərlər. Texniki şərt almaq üçün şəxsiyyət vəsiqəsinin, həmçinin mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri təqdim edilməlidir. Müraciət edildikdən sonra "Azərsu" ASC-nin müvafiq Sukanal idarəsinin mütəxəssisləri sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və "Su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi" qaydalarının tələblərinə uyğun olaraq sənəd təsdiq edilir.  Tətbiq olunan yeniliklər nəticəsində texniki şərtlərin verilmə müddəti də azaldılıb. Belə ki, indiyədək texniki şərtlərin hazırlanması və təsdiqi prosedurası üçün 15 gün vaxt müəyyən edilmişdisə, artıq bu ildən vətəndaşlar həmin sənədlə cəmi 3 iş günü ərzində təmin olunurlar.  "Azərsu" ASC bir daha bəyan edir ki, əhali qrupu üçün texniki şərtin verilməsi, eləcə də su sayğaclarının quraşdırılması pulsuzdur. "Azərsu" ASC vətəndaşlardan xahiş edir ki, texniki şərtin verilməsi və ya sayğac quraşdırılması zamanı hər hansı bürokratik amillə rastlaşdıqda dərhal 955 saylı Zəng Mərkəzinə məlumat versinlər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs