news Image
2014.01.10
17:30
| A A A
Özünü yandıraraq ölən Qarabağ qazisi ilə bağlı daha bir açıqlama

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünə qəsd edən Qarabağ qazisi Zaur Həsənova məxsus olduğu iddia edilən kafe ilə bağlı açıqlama yayıb.  AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən açıqlamada bildirilir ki, Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi, hətta bankların onun mülkünə həbs qoyması göstərilib, dəqiq məbləğ isə heç kim tərəfindən açıqlanmayıb.  AHİK bu müəmmaya aydınlıq gətirmək üçün rəsmi sənəd yayıb. Bu, "Edis Qroup" şirkətinin 2011-ci il avqust ayında Ali Məhkəməyə əlavə kassasiya şikayəti verməsi ilə bağlıdır. Kassasiya şikayətində qeyd edilir ki, mübahisəli obyekti "Edis Qroup" şirkəti şirkət tikib, bütün xərcləri şirkət çəkib. Obyekt də "Edis Qroup" şirkətinin balansındadır və şirkətin işçilərin istirahət obyekti kimi işə salınıb: "İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin və "Şıx" Sanatoriyasının cavabdehlər Bibiheybət Bələdiyyəsinə və fiziki şəxs Həsənov Zaur Həsən oğluna qarşı 25 saylı 08.04.2005-ci il tarixli "İcarə müqaviləsinin etibarsız  hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və sahənin boşaldılması barədə  iddiasına baxaraq 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi iddianın təmin edilməsi haqqında 10.09.2009-cu il tarixdə 2 (81) -1434 saylı Qətnamə qəbul edib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10.09.2009-cu il tarixli Qətnaməsinin dəyişmədən saxlanması haqda apellyasiya qətnaməsi 26.04.2011-ci il tarixdə qəbul edilib. Kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti (cəmi 29 günü) bərpasından Apellyasiya Məhkəməsi imtina edib. 12.01.2011-ci ildə Ali Məhkəmədə prosessual müddəti bərpasına razılıq verməyib. Əlavə kassasiya şikayətləri təmin edilməyib, axırıncı qərardad 01.06.2011-ci ildə qəbul edilib: "04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti barədə sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq.  Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kvadratmetr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar".

AHİK bu sənədə əsasən  Bibi-Heybət qəsəbəsi, "Şıx" Sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibinin "Edis Qroup" şirkəti olduğunun üzə çıxdığını bəyan edir: ""Edis Qroup" şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir,  Zaur Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanıblar.  O da qeyd edilib ki, Bibiheybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Zaur Həsənov "Edis Qroup" şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib.  Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur  mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb. Belə vəziyyətdə təbii sual doğur: Zaur Həsənovu bu faciəyə kim vadar edib?!".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs