Əlaqə Arxiv
news Image
2012.06.01
17:14
| A A A
Siyasi liderlər Əsədi müzakirə edir

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropalı liderlər Rusiya prezidentindən Əsədə dəstəyini çəkməsini istəyəcəklər.

Rusiya prezidenti Vladimir Putin bu gün Fransa prezidenti Fransua Olland və Almaniyanın baş naziri Angela Merkellə Suriya məsələsini müzakirə edəcək.

Olland və Merkelin Putindən Əsədə dəstəyini çəkməsini və Suriya rejiminə beynəlxalq təzyiqlərə qoşulmasını istəyəcəyi bildirilir.

Beynəlxalq birliyin Suriya rejiminə təzyiqləri isə artır. BMT-nin İnsan Haqları Şurası Avropa Birliyinin çağırışıyla Hula qətliamının müharibə cinayəti kimi qəbul edilməsi üçün bu gün fövqəladə toplantı keçirir.

Təşkilatın Uşaq Haqları Komitəsi də öldürülən uşaqların çoxunun 10 yaşından kiçik olmasının üzücü olduğunu bildirib.

Yeri gəlmişkən, Suriyada yaradılan komissiya da qətliamla bağlı ilk hesabatını açıqlayıb. Hesabatda qətliamın böyük və çoxcəhətli olduğu bildirilib. Ancaq qeyd edilib ki, cəsədlər üzərində ekspertiza zamanı insanların bombardmanla deyil, yaxın məsafədən açılan atəş və kəsici alətlərlə öldürüldükləri məlum olub.

Bütün bunlara baxmayaraq Suriya rejimi qətliamı davam etdirir. Suriyada daha 53 nəfər dünyasını dəyişib. Əsəd rejimi Suriyadakı müxalif aksiyalarda iştirak edən, ancaq toqquşmalara qarışmayan 500 nəfərin azadlığa buraxılacağını açıqlasa da, müxalifət bunun gözdən pərdə asmaq xarakteri daşıdığını bəyan edib.

Sizin Reklam Yeriniz