news Image
2014.01.19
19:54
| A A A
Mücahidlər Suriyada 14 yaşlı azərbaycanlının öldüyünü təsdiqləyiblər - FOTO

Mücahidlər Suriyada öldürülən 14 yaşlı azərbaycanlının fotosunu yayıblar. APA-nın əldə etdiyi məlumatda bildirilib ki, Suriyada gedən döyüşlərdə 14 yaşlı Nəcəf Kərimov bu il yanvarın 10-da Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb.

Mücahidlər məlumatlarında N. Kərimovun "Allah yolunda şəhid olduğunu" yazıblar. 

 

Məlumatda həmçinin N. Kərimovun atası Namiq Kərimovun da hazırda Suriyada döyüşlərdə iştirak etdiyi bildirilib.

 

Mücahidlər N. Kərimovun fotosunu da paylaşıblar.

 

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oğlunun Suriyadakı döyüşlərdə həlak olması barədə ilk xəbəri onun xalası nəvəsi Günel Babayeva yayıb. Onun sözlərinə görə, Namiq Kərimov 2013-cü ilin yay aylarında Suriyaya gedib. O, həyat yoldaşını və övladları 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özü ilə aparıb.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs