news Image
2012.06.05
12:21
| A A A
Ermənilərin hücumunu dəf edən zaman şəhid olan Azərbaycan hərbçilərinin adları açıqlanıb

Ermənilərin hücumu zamanı şəhid olan Azərbaycan hərbçilərinin adları açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhid olan əsgərlər aşağıdakılardır: 

Əliyev Amil Novruz oğlu (1988 Neftçala )

Əzizov Xalid Mətləb oğlu (1993 Şəki )

Bağırov Vahid İntiqam oğlu (1993 Ağsu)

Ataşlı Zülfüqar Vəli oğlu (1993 Cəlilabad )

İsmayılov Elçin Əlövsət oğlu (1993 Yevlax )

Qeyd edək ki, iyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. 

Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs