Əlaqə Arxiv
news Image
2012.06.05
19:01
| A A A
“Kontakt Electronics” mağazasının fırıldaqçılıqla məşğul olduğu üzə çıxdı
Yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması məqsədilə Dövlət Xidməti tərəfindən Bakı Şəhər Reklam və İnformasiya İdarəsinə göstəriş verilib.

Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında "ABC-Telekom" MMC-yə məxsus "Kontakt Electronics" mağazasında aparılan yoxlama zamanı bilərəkdən yalan və qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin ayrı-ayrı küçələrində yerləşən reklam daşıyıcılarında istehlakçıda "Kontakt Electronics" mağazasında dəyərindən asılı olmayaraq satılan hər bir mala görə hədiyyə verilməsi təəssüratı yaradan "Kontakt Electronics, Al! Hədiyyə Al!" mövzulu reklamların yayımlandığı halda, faktiki olaraq mağazada 200 manatdan aşağı qiymətə mal almış istehlakçılara heç bir hədiyyə verilmədiyi müəyyən edilib.

Bilərəkdən yalan və qeyri-dəqiq reklamların yayımının dayandırılması məqsədilə Dövlət Xidməti tərəfindən Bakı Şəhər Reklam və İnformasiya İdarəsinə göstəriş verilib.

Sizin Reklam Yeriniz