news Image
2012.06.05
21:26
| A A A
Səhiyyə naziri statistika və göstəricilərin təhrif olunmasına irad bildirib
Azərbaycan tərəfinin dəvəti ilə 2012-ci ilin iyununda ÜST statistika və səhiyyə göstəriciləri departamentinin ekspertlərinin Azərbaycana səfəri qərara alınıb

Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin 131-ci sessiyasında iştirak edib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Avropa Regionu Daimi Komitəsinin iclası İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilib. Daimi Komitə çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ÜST Avropa Regional direktoru Jujanna Yakab ilə rəsmi görüş keçirilib. Görüşdə Azərbaycanda səhiyyə proqramlarının gedişi, qazanılan nailiyyətlər haqqında müzakirələr aparılıb.

Həmçinin səhiyyə statistikası və göstəricilərin bir sıra qurumların təhrif olunmuş şəkildə verməsi haqqında iradlar bildirilib. ÜST rəhbərliyinə bir sıra ölkələrin göstəricilərinin bu şəkildə verilməsi və bunların ÜST rəsmi statistikası ilə tam uyğunsuzluğu haqqında məlumat verilib. Azərbaycan tərəfinin dəvəti ilə 2012-ci ilin iyununda ÜST statistika və səhiyyə göstəriciləri departamentinin ekspertlərinin Azərbaycana səfəri qərara alınıb. Tədbirdə Azərbaycan ÜST Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinə 2012-2015-ci illər üzrə ikinci dəfə yekdilliklə seçilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs