news Image
2012.06.05
21:28
| A A A
Bayram Səfərov "itmiş" alman maşınlarından danışdı
"Təşkilatın vitse-prezidenti avtomobillərin sənədlərini gətirməlidir"

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov son günlər mətbuatda gedən müəmmalı avtomobil məsələsi ilə bağlı 525.az saytına eksklüziv açıqlama verib. İcma rəhbəri bildirib ki, Almaniyada fəaliyyət göstərən "Allgeau Orient" avtomobil klubunun nümayəndələri Azərbaycana səfərləri zamanı gətirdikləri maşınları məcburi köçkünlərə hədiyyə etmək istəyiblər. Onun sözlərinə görə, həmin təşkilatın vitse-prezidenti Nadir Şerin ilə icmanın ofisində söhbət zamanı onların belə bir niyyəti olduğunu açıqladı:

"O, Dağlıq Qarabağ icması haqda təşkilatın internet saytı vasitəsilə tanış olduğunu və həmin maşınları məcburi köçkünlərə verəcəyini bildirdi. Bu işi rəsmi şəkildə həyata keçirmək üçün o, yenidən Azərbaycana gələcəyini və sənədləri gətirəcəyini dedi. Hələlik notarial qaydada həmin təşkilatın Azərbaycandakı nümayəndəliyi kimi bir vəkalətnamə imzalamışıq.

Qeyd edim ki, bu 240 ədəd avtomobil və 6 ədəd motosikletdir. Biz həmin avtomobilləri və motosikleti Binəqədi rayonunda bir ərazidə saxlayırıq. Rəsmi prosedur başa çatdıqdan sonra avtomobillər məcburi köçkünlərə veriləcək". B.Səfərov hələ avtomobillərin sənədlərinin gətirilmədiyini bildirib: "Təşkilatın vitse-prezidenti avtomobillərin sənədlərini gətirməlidir. Avtomobillər hələ ki, gömrük nəzarətindədir. Sənədlər gətirildikdən sonra sənədləşmələr aparılmalıdır. Sənədləşmə prosesi tam başa çatdıqdan sonra Dağlıq Qarabağ İcmasının İdarə Heyəti avtomobillərin kimlərə və hansı prinsiplərlə verilməsilə bağlı müzakirələr aparacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs