news Image
2014.02.12
19:13
| A A A
Suriyaya 2 mindən çox yardım karvanı göndərilib

Son üç ildə Türkiyə Suriyaya ölkənin İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi və Humanitar Yardım Fondunun (IHH) xətti ilə 2 mindən artıq humanitar yardım karvanı göndərib.

Movqe.az xəbər  verir ki, humanitar yüklərin 80 faizindən çoxu mülki şəxslərə çatdırılıb, yüklərin 20 faizini isə ölkədəki hərbi əməliyyatlar səbəbindən ünvanına çatdırmaq mümkün olmayıb.

Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişə başlamazdan əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.

Türkiyədə suriyalı qaçqınların sayı 700 min nəfəri ötür.