news Image
2012.06.09
09:10
| A A A
«Biz hansısa məhdudiyyətin yox, azadlığın çərçivəsini göstəririk»
«Bu çərçivə daha çox informasiyanı verənlərə aiddir»

İnformasiyanın əldə edilməsi haqda və digər bir neçə qanunlara dəyişikliklər təklifi son günlərin əsas mövzularındadır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azadlıq" radiosuna müsahibəsində bununla bağlı qeyd edib: "Bu, çox mühüm məsələdir. Parlament ayın 12-də bu dəyişikliklər təklifini müzakirə edəcək. Mənim də təqdimatım olacaq. O, layihəni biz təqdim etmişik - Parlamentin hüquq komitəsi. 2002-ci il "Azərbaycanda insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında" konstitusiya qanununu müzakirə etsəz, görəcəksiz ki, bizim "İnformasiya əldə etmək haqqında" qanuna təqdim etdiyimiz bu dəyişikliklər həmin konstitusiya qanunun mahiyyətindən irəli gəlir. Məqsəd isə nəyisə məhdudlaşdırmaq yox, siz jurnalistlərin informasiya əldə etmək hüququnuzun çərçivəsini daha dəqiq göstərməkdir. Bu çərçivə daha çox informasiyanı verənlərə aiddir. Yəni, onlar sizlərin müraciətinizi, informasiyanı istənilən halda və ya hansısa əsas olmadan rədd edirlər, informasiya vermirlər. Biz isə hansısa məhdudiyyətin yox, azadlığın çərçivəsini göstəririk.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs