news Image
2012.06.09
11:15
| A A A
Tələbələr Qarabağdan film çəkdilər
Şimali Kiprin Yaxın Doğu Universitetində "Qarabağ" adlı filmin təqdimat mərasimi keçirilib.

Film adı çəkilən universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib. Universitetin tələbəsi, filmin logistik dəstəkçisi Maral Hüseynli bildirib ki, "Qarabağ" filminin rejissoru türkiyəli tələbə Gökalp Yamendir. 

Maral Hüseynlinin sözlərinə görə, ssenarini G.Yamen, azərbaycanlı tələbələr Günel Babayeva, Niyazi Səlimbəyli və onun özü ilə birgə yazıb. 

"Qarabağ müharibəsindən bəhs edən filmin müddəti 18 dəqiqədir. Filmin çəkilməsində məqsəd gənclərin gözü ilə Qarabağ həqiqətlərini izləyicilərə çatdırmaq olub" - deyə Maral Hüseynli əlavə edib. 

Filmdə baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar iştirak ediblər.

Filmin prodüseri Günel Babayevadır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs