news Image
2014.02.18
19:32
| A A A
Kiyevdə 3 müxalifətçi ölüb
7 nəfər müxalifətçinin yaralandığı haqda da informasiyalar yayılıb

"Ukraynanın paytaxtı Kiyev şəhərində milislə müxalifət arasında baş verən qarşıdurma zamanı 3 nəfər ölüb".  Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı "Batkivşina" müxalifət partiyasından Ali Radaya seçilmiş deputat Lesya Orobeç Facebook səhifəsində yazıb. Onun sözlərinə görə ölənlərin cəsədi Zabitlər Evindədir. 7 nəfər müxalifətçinin yaralandığı haqda da informasiyalar yayılıb. Zabitlər Evində olan əməkdar həkim Olqa Boqomoleç deyib ki, hər üç şəxs baş və ürəklərindən aldıqları güllə yarasından dünyalarını dəyişib. "Onlara vaxtında tibbi yardım göstərilsəydi, belə faciəli hadisə baş verməzdi", - deyə həkim bildirib.