Əlaqə Arxiv
news Image
2014.02.18
18:26
| A A A
Ukraynada deputatları döyüblər (FOTO)
Bu barədə müxalifətçi deputat Aleksandr Briqinets öz “Facebook” statusunda yazıb

Bu gün Ukrayna parlamentində müxalifət tərəfdarlarının iştirakı ilə qarşıdurma yaranıb. Movqe.az-ın məlumatına görə, bu barədə müxalifətçi deputat Aleksandr Briqinets öz "Facebook" statusunda yazıb. Onun sözlərinə görə, müxalifətçi deputatlar bir neçə kommunist deputatı döyüblər: "Toqquşma zalda başladı - müxalifətçi deputatlar Regionlar Partiyasının təmsilçilərinin arxasınca zaldan qaçmağa cəhd edən bir neçə kommunisti kötəklədilər...", - deyə o qeyd edib. Daha öncə bəlli olub ki, Regionlar Partiyasının təmsilçiləri parlamentdən getməyə başlayıblar. Rəsmi olaraq Regionlar Partiyası ilə koalisiyada olmayan, amma dəfələrlə hakim partiyaya dəstək verən kommunistlər də zalı tərk etməyə çalışıblar, amma müxalifət tərəfindən qarşıları alınıb.

Sizin Reklam Yeriniz