news Image
2014.03.07
09:59
| A A A
Soydaşlarımızın Ukraynadan kütləvi dönüşü başlanır?!
Əlövsət Əliyev: “Ukraynada yaşayan azərbaycanlılar Rusiya ilə müqayisədə Ukraynaya daha tez inteqrasiya olunurlar” Azər Alalhverənov: “Krımda hadisələr şiddətlənərsə, azərbaycanlıların ölkəmizə axının kəskinləşməsi ehtimalı yüksəkdir”

Ukraynada baş verən məlum hadisələr fonunda yayılan məlumatlara görə, Krımda yaşayan azərbaycanlılar geri qayıdır. Mediaad belə məlumatlar dolşaır ki, artıq Xudat şəhərindən olan 3 ailə artıq geri dönüb. Həmin ailələr Krımda daha yaşamağın mümkünsüz olduğunu deyirlər. Onların sözlərinə görə, Krım bütünlüklə ruslar tərəfindən işğal edilib, bütün rayonlar, qəsəbələr, yaşayış məntəqələri rusların əlindədir. Hazırda qarşıdurma davam etsə də azərbaycanlıların neytral qaldığı deyilir. Geri dönənlər digər azərbaycanlıların da qayıdacağını bildirilər. Qeyd edək ki, Krımda 8-10 min arası azərbaycanlı yaşayır. Ümumilikdə Ukraynada isə 300 min nəfərə qədər azərbaycanlı var.

Baş verənləri şərh edən Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirdi ki, Ukrayna Rusiya Federasiyasından sonra azərbaycanlıların ən çox məskunlaşdığı keçmiş SSRİ respublikalarından biridir: "Ukraynada yaşayan azərbaycanlılar Rusiya ilə müqayisədə Ukraynaya daha tez inteqrasiya olunurlar. Yəni, onların əksəriyyəti inteqrasiya olunmuş şəxslərdir. Ona görə hesab etmirəm ki, azərbaycanlıların Ukraynada kütləvi şəkildə axını başlasın. Mövsümi işlər üçün daha çox Rusiya Federasiyasına gedirlər. Amma inteqrasiya olunmuş şəxslərin bu cür hallarda Azərbaycana kütləvi sürətdə qayıdışı gözlənilmir. Bu vaxta qədərə bizim təşkilata da daxil olan zənglərdə Ukrayandan gələn müraciət olmayıb. Bunu heç ehtimal da etmirəm. Həm də Ukrayna ilə Rusiya arasında ciddi toqquşmların olması gözlənilmir".

Hüquqşünas əlavə etdi ki, xaricdə artıq məskun salmış insanlarımızın Azərbaycana qayıdışı az hallarda olur: "Onların həyata tərzi elədir. Başqa ölkələrdə daim mövsümi işlərdə çalışıraraq, pul qazanıb Azərbaycanda yaxınlarına göndərirlər. Hətta xaricə üz tutanların böyük əksəriyyəti uşaqlarına mükəmməl təhsil vermək üçün gedirlər. Ona görə də orada hadisələr olsa belə, uzağı Ukrayanda yaşayış yerlərini dəyişəcəklər".

Miqrasiya məsələləri üzrə digər ekspert Azər Alalhverənov hesab edir ki, Krımda hadisələr şiddətlənərsə, azərbaycanlıların ölkəmizə axının kəskinləşməsi ehtimalı yüksəkdir: "Hadisələr, orada gedən proseslərin hansı müstəvidə gedəcəyinsən asılıdır. Krıma rusların hərbi müdaxiləsi olmayana qədər Ukrayanda gedən proseslər azərbaycanlıların oradan getməsinə səbəb olası bir hal deyildi. Ukrayna hadisələri ölkə daxilində gedən porses idi. Hakimyyətin dəyişməsi birmənalı şəkildə Ukrayna ərazisində yaşayan azərbaycanlılara elə də təsir etmirdi. Lakin proseslərin sonradan gərgin məcaraya keçməsi və xüsusi ilə Rusiyanın hərbi müdaxiləsi ilkin olaraq Ukrayanda əmək fəaliyyəti ilə məşğul olan azərbayanlıların Azərbaycana qayıdışına səbəb ola biləcək bir haldır. Hətta artıq az sayda geri dönmələr var. Tarixən Ukrayna ilə Azərbaycan arasında çox intensiv miqrasiya prosesləri olub. Amma indi oradan gələnlərin sayı daha çoxdur. Bu da onu göstərir ki, Ukrayna ilə Azərbaycan arasında olan miqrasiya prosesləri əsasən birtərəflidir. Ancaq bu hələ kütləvi axın demək deyil. Çünki, hadisələr məhdud coğrafi çərçivədə baş verir. Elə də ciddi müstəvidə inkişaf etmədi. Demək olar ki, ağır günlər geridə qaldı. Yəni, hələlik Rusiya hansısa bir güc tətbiq etmək niyyətində deyil. Bəlkə də Rusiya beynəlxalq ictimaiyyətin təzyiqi altında bu fikirdən daşındı. Əgər əvvəllər azərbaycanlılar oradan hər hansısa hərbi əməliyyatlar başlayarsa, Azərbaycana qayıtmaq fikrində idilərsə, artıq bu fikirdə olmalarını düşünmürəm. Amma çox məsələlər bütövlükdə Ukrayanada gedən hadisələrdən asılı olacaq. Çünki, hazırda Ukrayna iqtisadiyyatı çox çətin anlar yaşayır. Bu da bilavasitə orada əmək fəaliyyəti ilə məşğul olan miqrantların gəlirlərinin azalmasına səbəb olan bir haldır. Hətta müəyyən iş yerlərinin, kapitalın itirilməsinə səbəb ola bilər. Əgər Ukrayan hökuməti tez bir zamanda sabitliyə nail olmayacaqsa, bu, bilavasitə azərbaycanlıların ziyayına işləyən hadisə olacaq. Yəni, onların müəyyən qisminin Azərbaycana qayıdışa səbəb ola bilər".