news Image
2012.06.16
17:23
| A A A
Sabah Azərbaycan paytaxtında “Formula-1” nümunəvi avtoyürüşləri keçiriləcək
İyunun 17-də Bakı şəhərinin mərkəzi küçələrinin birində "Formula-1" avtoyürüşləri keçiriləcək.

"APA-ECONOMICS"in yarış təşkilatçılarına istinadən verdiyi məlumata görə, iyunun 17-də Bakıda ilk dəfə olaraq "Formula-1"in hazırkı çempionu "Red Bull Racing" komandasının RB7 bolidi nümunəvi avtoyürüşlər keçirəcək. Avtoyürüşlər Neftçilər prospektində, improvizasiya olunmuş yarış trasında baş tutacaq. Yarış bolidini ən məşhur avtoyürüşçülərdən biri, "Formula-1"in əfsanəsi və "Red Bull Racing" komandasının üzvü Devid Kulthard (David Coulthard) idarə edəcək.

Qeyd edək ki, Devid Kulthard bundan öncə "Formula-1"də iştirak edən "Williams" və "McLaren" komandalarının üzvü olub. Adrian Nyuinin bolidlərində Devid Kulthard 13 qran-pri qalibi olub, 62 dəfə podiuma qalxıb.

Xatırladaq ki, RB7 – "Formula-1" 2011-ci il mövsümü üçün AdrianNyuinin rəhbərliyi altında hazırlanan "Red Bull Racing" komandasının yürüş avtomobilidir. "Renault RS27-2011" 2,4 litr mühərriki ilə təchiz edilib. Avtomobil 2,5
saniyə ərzində 100 kilometrədək sürət yığmağa malikdir.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs