news Image
2014.05.09
17:25
| A A A
Səbaildə möhtəşəm gül bayramı keçirilib
Səbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olamsının 91 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilmişdir. Bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki "Sahil bağı"nda lazımi abadlıq işləri aparılmış, park başdan-başa yenilənmiş, buradakı hər 3 fəvvarələrin ətrafı güllərlə bəzədilmişdir. Bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Milli Məclisin Komitə sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Fuad Muradov və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı "Sahil bağı"nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər.
Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır.
"Sahil bağı" nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş dekorativ arka parkın girişinə xüsusi yarayış verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarənc gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın güllərdən hazırlanmış portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Bakı şəhərinin və paytaxtın mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız qalasının, paytaxtımızın simvoluna çevrilən "Alov Qüllələri" Kompleksinin, "Səbail" gəmisinin, 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarının embleminin, rayonun orta məktəblərinin birgə hazırladıqları Dənizkənarı Milli Parkda quraşdırılmış yeni atraksionun güldən hazırlanmış maketləri və Günəbaxan kompozisiyası, rayon bağçalarının hazırladıqları Kəpənək kompozisiyası, parkdakı skamyaların üzərində güllə işlənmiş müxtəlif ornamentlər bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.
Məlumat verilmişdir ki, Gül bayramı ilə əlaqədar Sahil bağında ümumilikdə 350 min ədəd güldən istifadə olunmuşdur.  Dövlət İqtisad, Pedaqoji və "Qərb" Universitetlərinin, Bakı Oksford məktəbinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiyiş etdirdikləri gül kömpozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri, xüsusilə də ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın muncuqlardar hazırlanmış portretləri iştirakçılarda daha xoş təəssürat yaratmışdır. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Parkın mərkəzində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kollektivləri tərəfindən təşkil olunmuş kitab sərgisində Ulu öndərə həsr olunmuş kitablar, jurnallar və digər çap materialları nümayiş etdirilmişdir.
Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqları Ulu öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şer və mahnılarla qonaqlar narşısında çıxış etmişlər.
Müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin təbiət, gözəlliklə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla gerçəkləndirilir.
Parkın bir hissəsində quraşdırılmış səhnədə respublikamızın populyar incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs