news Image
2012.06.29
08:04
| A A A
Kənd Təsərrüfatı Nazirliyinin paytaxtdan köçürülməsi təklif olunur
Vüqar Bayramov: “Dünyanın heç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi ölkənin paytaxtında yerləşmir” Azər Metiyev: “Kənd Təsərrüfatı Nazirliyinin harada olması sırf texniki, düşüncə, baxış və strateji yanaşma məsələsidir”

Bugün respublikadamövcud olanəksər aparıcı dövlətinstansiyaları  paytaxt ərazisində yerləşir. Bu isə bir tərəfdənyaxşı hal  kimi qiymətləndirilsə də, digərtərəfdənpaytaxtın hədsizdərəcədə yüklənməsinə gətirir. Təkdaimi yaşayanları nəzərə alsaq ölkə əhalisininən çox hissəsininBakıda olduğunugörürük. Odur ki, ölkə gündəmində olan mövzulardan biridə paytaxtda fəaliyyətgöstərənbəzi inzibatibinaların, istehsalmüəssisələrinin  Bakıdankənara köçürülməsiməsələləridir.

Artıqbu istiqamətdə bəzi tədbirlərhəyata keçirilib. Paytaxt ərazisində fəaliyyətgöstərənbəzi istehsalatmüəssisələrikənarlara köçürülüb. Hətta bəziali təhsil müəssisələrinində Bakınınmərkəzindənkənarlara köçürülməsigözlənilir. Hərdənisə müəyyənekspertlər, rəsmilərtərəfindənbir neçə nazirliklərinbölgələrə köçürülməsifikirlərinin də şahidi oluruq.

İqtisadivə Sosial İnkişafMərkəzininrəhbəriiqtisadçı VüqarBayramov da bəziinzibati qurumlarınpaytaxtdan kənaraköçürülməsininvacibliyini vurğulayır. O bildirir ki, Azərbaycan dünyadaKənd Təsərrüfatı Nazirliyi paytaxtındayerləşən yeganə ölkədir: "Dünyanınheç bir ölkəsində Kənd Təsərrüfatı Nazirliyi ölkəninpaytaxtında yerləşmir. Kənd Təsərrüfatı Nazirliyi birmənalı şəkildə kənd təsərrüfatı sektorunun inkişafetdiyi bölgələrdə yerləşdirilir ki, məhz həminbölgəninişini stimullaşdırsın. Eyni zamanda bu paytaxtınyüklənməsininqarşısınınalsınması baxımındanda vacibdir. Çünki bütünhallarda regionlarla bağlı olan məsələlərin, eləcə də dövlətqurumlarınınpaytaxtda yerləşdirilməsibirmənalı şəkildə arzuolunan deyil. Beynəlxalqtəcrübədə dövlətqurumlarınınyerləşdirilməsində birmənalı şəkildə regionlar üzrə paylanması həyata keçirilir. Bu həm paytaxtınsosial, trafiq, kirayə bazarında və digər sektorlardagərginliyinin müəyyənqədərazalması deməkdir. Eyni zamanda bu strukturların yerləşdiyihəmin bölgələrininkişafınıntəşviq edilməsivə o cümlədən, həmin dövlətqurumlarınınsəmərəlifəaliyyətgöstərməsibaxımındanəhəmiyyətlidir".

Ekspert"Mövqe" qəzetinə açıqlamasındaonu da qeydetdi ki, Azərbaycanınbir sırabölgələrində universitetlər və texnikumlar fəaliyyətgöstərir: "O baxımdan KəndTəsərrüfatı Nazirliyinin MərkəziAran rayonlarına köçürülməsidaha yaxşı olar. Çünki, MərkəziAran rayonlarında aparıcı dövlətqurumları və yauniversitetlər yerləşmir. Nazirliyin həminbölgəyə köçürülməsibölgənininkişafınatəşviq edə bilər. Eynizamanda Azərbaycanınstrateji məhsullarının-pambığın, buğdanınvə digərkənd təsərrüfatı məhsullarınınistehsalında mərkəziaran rayonları aparıcı rayon olduğuüçün KəndTəsərrüfatı Nazirliyinin də oradaolması daha məqsədə uyğundur".

Vüqar Bayramov bunun tək Kənd Təsərrüfatı Nazirliyinə aid olmadığını vurğulayır: "Torpaq və Xəritəçəkmə Komitəsinin də Bakıda yerləşməsi praktiki olaraq izah ediləsi deyil. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də paytaxtda yerləşməsi beynəlxalq standartlara uyğun deyil. O baxımdan dövlət qurumlarının bir qisminin paytaxtdan kənara köçürülməsi vacibdir. Eyni zamanda təhsil müəssisələrinin də Bakıda təmərküzləşməsi arzuolunan deyil. Çünki, beynəlxalq təcrübələrdə də ali təhsil müəssisələri məhz paytaxtdan kənarda yerləşdirilir. Amerika Birləşmiş Ştatlarında bütün aparıcı universitetlər Vaşinqtondan kənarda yerləşir. Faktiki olaraq ABŞ-da ilk 30-luğa düşən ən yaxşı universitetlərdən heç biri Vaşinqtonda yerləşmir. Eyni misalı İngiltərə ilə bağlı da çəkmək olar. İngiltərənin məhşur Oksford və Kembric universitetləri də paytaxtdan kənarda yerləşib. O baxımdan praktika göstərir ki, aparıcı universitetlərin paytaxtda yerləşməsi qəbul edilən deyil".

İqtisadçı bildirir ki, aparıcı universitetlərin paytaxtdan kənara köçürülməsi nəqliyyat və digər baxımdan gərginliyi aradan qaldıracaq: "Eyni zamanda bu məhz təhsil sistemindəki əks mərkəzləşdirməni sürətləndirəcək. Abituriyentlərin çoxu Bakıda yerləşən universitetlərdə oxumağa can atırlar. Bu da hal-hazırda bölgələrdə yerləşən universitetlərə marağın azalmasına gətirir. Ona görə də aparıcı universitetlər bölgələrə köçürülərsə, praktiki olaraq bölgə universitetləri ilə paytaxtda yerləşən universitetlər arasındakı fərqin azaldılması və rəqabətin güclənməsinə gətirib, çıxaracaq. Ona görə də təhsil müəssisələrinin, xüsusi ilə də universitetlərin, eləcə də bir sıra dövlət qurumlarının birmənalı şəkildə paytaxtdan bölgələrə köçürülməsi vacibdir. Çünki, bu həm səmərəliliyin artırılması, həm də Bakı şəhərindəki ekoloji, trafiq və digər sektordakı insan çoxluğu səbəbindən yaranan gərginliyin aradan qaldırılması baxımından effektivlidir".

İqtisadçı Azər Mehtiyev isə bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin harada yerləşməsi ölkədə nə cür kənd təsərrüfatı siyasətinin həyata keçirilməsinə heç bir təsiri yoxdur: "Kənd təsərrüfatının inkişaf siyasətini hökumət hazırlayır və həyata keçirir. Buna görə də  onun indiki iş prinsipi ilə harada yerləşdirilməsində heç bir əhəmiyyəti olmayacaq. Kənd Təsərrüfatı Nazirliyinin işinin keyfiyyətinin artırılmasının onun hansısa bölgəyə yaxınlaşdırılması ilə bağlılığı yoxdur. Onun harada olması sırf texniki, düşüncə, baxış və strateji yanaşma məsələsidir".

Azər Mehtiyev hökumət qurumlarının özlərinin dislokasiya sistemlərinin olduğunu qeyd edir: "Bu dislokasiya zamanı da nazirliklərin adlarına uyğun bölgələrdə yerləşdirilməsi yanaşması dünyanın heç bir yerində yoxdur. Sadəcə olaraq, dislokasiyanın effektivliyi, həyata keçirilən proqramlara nəzarət məsələləri var. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə strukturları olur. Onlar vasitəsi ilə işlərə nəzarət etmək mümkündür. Ayrı-ayrı nazirliklərin hara köçürülməsi məsələsi sırf hökumətin işinin effektivliyinin təmin edilməsi baxımından dislokasiya yanaşması olmalıdır. Bu baxımdan bizim üçün bu gün önəmli olan məsələ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə kənd təsərrüfatının inkişafına yönələn siyasətin fəallaşması, daha düzgün strateji hədəflərin qoyulması və buna nail olunmasıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs