Əlaqə Arxiv
news Image
2012.04.14
15:21
| A A A
Azərbaycanlı müğənnilərin yeni “Əmanəti” – FOTO
Müğənni Günay İbrahimli fasiləsiz yaradıcılıq işləri ilə məşğuldur5

Movqe.az xəbər portalının məlumatına görə, G.İbrahimli "Qala" qrupunun solisti Ceyhun Əliyev ilə duet mahnı oxuyacaq və yeni ifa etdiyi mahnıya da klip çəkdirəcək.

 

G.İbrahimlinin Movqe.Az-a verdiyi məlumata görə, hazırda klip çəkilişlərinə hazırlaşır. O, klip çəkilişlərinin vaxtının uzadılmasından narahat deyil. Çünki müğənni işinin xeyirli və uğurlu olmasına inanır.

 

"Dinləyicilərin ixtiyarına yeni mahnı təqdim etmişik. Mahnının musiqi və sözləri "Qala" qrupunun  solisti Ceyhun Əliyevə, aranjeman müəllifi isə istedadlı musiqiçi və bəstəkar Tərlan Məmmədhüseynova məxsusdur. Hal-hazırda klip çəkilişlərinə hazırlaşırıq. Rejissor seçimində bir az ləngidik. Amma deyirlər ki, hər gecikən işdə bir xeyir var. Deyəsən, çox yaxşı bir iş alınacaq. Yəqin ki, işin bu qədər vaxt ərzində uzanmasının xeyiri var. Amma son qərar sabah veriləcək. Ceyhunun özü ilə yeni bir mahnı da yazdırırıq. Klassik türk mahnısını ifa edəcəyik. Mahnı dinləyicilər arasında yetərincə tanınmasa da, bizə elə gəlir ki, bu mahnı ifamızda çox seviləcək. Mahnının adı "Əmanət"dir. Yaxın günlərdə bu mahnını da dinləyicilərin öhdəliyinə verəcəyik", - müğənni dedi.

 

Hər zaman müğənnilərin ailə qurması aktual mövzu olub. Bu baxımdan G.İbrahimli də ailə haqqında danışdı. O, hələ ki, ailə qurmaq istəmədiyini söylədi:

 

"Hələ ki, ailə qurmaq barədə duşünmürəm. Hazırda 21 yaşım var. Gələcək planlarım hələ qabaqdadır. İnşallah, 4-5 il yaradıcılığımda yetərincə uğur qazandıqdan sonra həqiqətən də layiqli bir şəxslə, ailəyə başçılıq edə biləcək gözəl bir insanla ailə quracağam", - G.İbrahimli dedi.

 

Fuad Mədətov







Sizin Reklam Yeriniz