Əlaqə Arxiv
news Image
2014.06.04
10:56
| A A A
Tut ağacından yıxılan professor öldü (FOTO)
Türkiyədə tut ağacından düşən professor dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Samsunda tut ağacından düşən "On doqquz May Universiteti" (OMU) Ədəbiyyat fakültəsi fizika bölümündə müəllim işləyən Prof. Dr. İbrahim Kartal aparıldığı xəstəxanada dünyasını dəyişib. 

OMU Tibb fakültəsi xəstəxanasının reanimasiya şöbəsində müalicə edilən 54 yaşlı Kartal mayın 31-də məhləsindəki tut ağacına çıxıb silkələyərkən ağacdan düşərək ağır yaralanmışdı. 

Dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılan professorun vəziyyəti ağır olaraq qəbul edilərək reanimasiyaya yatırılmışdı.

Ötən gün dünyasını dəyişən professor üçün işlədiyi universitetin qarşısında mərasim təşkil ediləcəyi və bu gün cənazəsinin basdırılacağı bildirilir.
Sizin Reklam Yeriniz