Əlaqə Arxiv
news Image
2012.07.02
13:29
| A A A
Bu gün Polis Günüdür - Fotolar

Movqe.Az xəbər verir ki, hər il iyulun 2-də Azərbaycan polisi özünün peşə bayramını qeyd edir. Azərbaycan polisinin yaşı onun müstəqillik tarixçəsi ilə eynidir. Yəni 1918-ci ildə ADR qurulduqdan sonra yaradılması üçün ilk qərar verilən qurumlardan biri də ölkənin daxili asayişinin keşikçisi olan polis orqanlarıdır. 1918-ci il iyulun 2-də, Daxili İşlər Nazirliyinin tərkibində, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən polis orqanlarının yaradılmasına başlayıb. 1998-ci il mayın 29-da isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin tarixin Polis günü elan edilməsi barədə xüsusi fərman imzaladı. Bu isə tarixi varisliyin, ədalətin bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addım idi. Polis orqanları qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrildi.




Sizin Reklam Yeriniz