news Image
2014.06.10
07:14
| A A A
Rusiyanın mühüm layihəsinin taleyi Azərbaycanın əlində
“Cənub axını”nın tikintisi ölkəmiz bura qoşulandan sonra reallaşa bilər

Azərbaycanla təbii qazın alqı-satqısında əməkdaşlığını gücləndirən Avropa bu sahədə Rusiya ilə münasibətlərini sürətlə alt-üst etməkdədir. Hər halda Rusiyanın reallaşmasında xüsusi maraq ifadə etdiyi "Cənub axını" qaz kəməri ətrafında baş verən hadisələr bu qənaətə gəlməyə əsas verir.

Xatırladaq ki, Avropa Komissiyası iyunun 2-də layihənin Avropa Birliyi ölkələri, ilk növbədə də Bolqarıstan ərazisində reallaşmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb. Bir müddət əvvəl Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu "Cənub axını" layihəsinin Avropa üçün prioritet layihə sayılmadığını bildirmişdi. Barrozu həmin vaxt Bolqarıstana Rusiya ilə bununla bağlı danışıqları dayandırmağı da tövsiyə etmişdi. Bu istiqamətdə Avropa Komissiyasının təzyiqləri artıq öz nəticələrini verir. "Cənub axını" qaz kəmərinin keçəcəyi ölkələr biri-birinin ardınca layihədən çıxdıqlarını açıqlayırlar. Belə ki, Bolqarıstan baş naziri Plamen Oreşarski"Cənub axını" kəmərinin tikintisinin dayandırılması barədə qərar verdiyini bildirib. Bolqarıstanın ardınca Serbiya hökuməti də Rusiyanın "Cənub axını" qaz kəmərinin tikintisini təxirə saldığını elan edib. Serbiyanın nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç bildirib ki, Serbiya Bolqarıstanın Avropa İttifaqı ilə "Cənub axını"ına dair danışıqlarının necə yekunlaşacağını gözləyəcək. Onun sözlərinə görə, istənilən halda kəmərin ölkə ərazisində tikintisi təxirə salınıb.

Bu arada Bolqarıstan hökumətinin "Cənub axını"nın tikintisini Vaşinqtonun təzyiqi ilə dayandırdığı məlum olub. Senatorlar Con Makkeyn, Ron Conson və Kristofer Merfi Sofiyada baş nazir Plamen Oraşarksi ilə qapalı görüş keçiriblər. Görüşdə Ukraynadakı situasiya diqqət mərkəzində olub. Görüşdən sonra Con Makkeyn bildirib ki, Bolqarıstan "Cənub axını" problemini Aİ ilə əməkdaşlıq şəraitində həll etməlidir. P.Oreşarski isə senatorlarla görüşdən dərhal sonra "Cənub axını"nın tikintisinin dayandırıldığını açıqlayıb. Moskva bəyan edir ki, baş verənlər Ukrayna hadisələri ilə bağlıdır və Rusiyaya qarşı enerji şantajıdır.

"East European Gas Analysis" şirkətinin rəhbəri Mixail Korçemkin hesab edir ki, Rusiya bu layihəni həyata keçirmək üçün Aİ-nin şərtlərinə əməl etməli, "Cənub axını"na digər təchizatçıları buraxmalı olacaq. Mixail Korçemkinin fikrincə, söhbət 2019-cu ildən başlayaraq Avropaya TANAP və TAP kəmərləri ilə ildə 10 milyard kubmetr qaz nəql etməyə hazırlaşan Azərbaycandan gedir. Əks halda "Qazprom" illərdir üzərində işlədiyi "Cənub axını"nı Aİ-nin dəstəklədiyi "Nabukko" layihəsi kimi dəfn etməli olacaq. Hər halda bu o deməkdir ki, Rusiya üçün mühüm əhəmiyyət daşıyan biri layihənin taleyi artıq Azərbaycandan asılı vəziyyət düşür.

Ekspertlərin qənaətinə görə, indi Rusiya buna cavab olaraq Ukraynaya qarşı təzyiqləri artıra, o cümlədən bu ölkəyə satdığı qazın qiymətini aşağı salmaqdan imtina edə bilər. Belə ki, Rusiya-Ukrayna qaz münaqişəsində "Cənub axını" əsas alver predmeti hesab olunurdu.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Avropa Birliyinin Rusiya ilə bağlı mövqeyini tənqid edərkən Avropanın "Cənub axını" təbii qaz layihəsinin həyata keçirilməsinə maneə törədəcəyi halda birliyin üzvü olmayan ölkələr vasitəsi ilə layihəni həyata keçirə biləcəklərini bildirib: "Biz "Şimal axını" və "Cənub axını" layihələrini reallaşdırmağın tərəfdarıyıq. Lakin "Cənub axını" ilə əlaqədar yenə də problemlər olarsa, Avropa Birliyi üzvü olmayan ölkələr üzərindən layihəni nəzərdən keçirərik". Ekspertlər Putinin bu sözləri deyərkən Türkiyəni nəzərdə tutduğuna dair mülahizə irəli sürüblər. Türkiyənin energetika naziri Tener Yılmaz da bu variantın müzakirə predmetinə çevrilməsi mümkünlüyünü istisna etməyib. Lakin Avropanın bununla asanlıqla razılaşmayacağı da heç bir şübhə doğurmur. Türkiyənin isə ABŞ və Avropanı ziddinə gedərək Rusiy ailə əməkdaşlığını dərinləşdirmsəi indik şərtlər daxilində Ankara üçün də sərfəli deyil.

Bundan başqa real vəziyyətdə Avropa daha çox Azərbaycandan qaz almağa çalışacaq ki, artıq bu istiqamətdə fəal siyasət yürüdülür.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs