news Image
2014.06.11
07:39
| A A A
Rusiya Azərbaycana minnətçi düşüb
Moskva ölkəmizi Avrasiya İqtisadi İttifaqının sıralarında görmək üçün Qarabağ kartını işə salmağı düşünür

Avrasiya İqtisadi İttifaqını yaratdıqdan sonra Rusiyanın xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də yeni quruma mümkün qədər çox dövlətin üzv edilməsinə nail olmaqdır. Kreml bu xüsusda əsas diqqətini postsovet ölkələri üzərində cəmləşdirib. Xüsusən də Azərbaycanı Avrasiya İqtisadi İttifaqına daxil edilməsinə Moskva daha böyük diqqət yetirir. Xatırladaq ki, rəsmi və qeyri-rəsmi səviyyədə Azərbaycana artıq müraciətlər ünvanlanıb.

Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldığına dair epochtimes.ru portalı isə yeni məlumat yayıb. Belarusun 5min.by portalı da bu məlumat təsdiq edir. O da bildirilir ki, Belarus prezidenti Aleksandr Lukaşenko serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünya arenasında yeni "güc mərkəzi"inə çevriləcəyini deyib. Onun sözlərinə görə, Avrasiya İttifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib. Ukraynaya gəldikdə isə Belarus liderinin mövqeyinə görə, bu ölkə Avrasiya İttifaqı ilə əməkdaşlıqdan heç yana qaça bilməyəcəyək: "Və bu da düzgündür. Çünki yeni güc mərkəzi meydana çıxır. Ola bilsin çoxqütblü dünyanın yaranmasına əlavə töhfə olacaq".

Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin, ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib. Lakin Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəldi. Rusiyalı nazir Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini bildirdi. Dərhal da Azərbaycan rəsmiləri Bakının belə planının olmadığını açıqladılar. Buna rəğmən, sözügedən məsələnin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq səfərində və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin səfərində əsas müzakirə mövzusu olacağı gözlənilir. İstisna deyil ki, Azərbaycanı razı salmaq üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakıya müəyyən vədlər verilir.

Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev bununlabağıl bildirir ki, Azərbaycan bu birliyə üzv olmaqla xeyir əldə edə bilər: "Azərbaycanın Avrasiya İttifaqı ölkələri ilə iqtisadi sahədə sıx əlaqələri və layihələri var, lakin, bu, Azərbaycanın Avrasiya İttifaqına daxil olacağı təqdirdə daha cəlbedici olacaq. Ən azı bir səbəbə görə ki, üzvlük nəticəsində gömrük rüsumları ləğv edilər. Bu isə əmtəə dövriyyəsinin artmasına səbəb olar. Kapitalın, malların, xidmət,i şçi qüvvəsi hərəkəti azadlığı Avrasiya İttifaqı çərçivəsində nəzərdə tutulan, istənilən ölkə, o cümlədən Azərbaycan üçün cəlbedicidir. Məlumdur ki, Rusiya və Gömrük İttifaqına daxil olan ölkələrdə çoxlu sayda azərbaycanlı işləyir. Əlbəttə ki, onlar üçün Azərbaycanın Gömrük İttifaqına daxil olması hərəkət və qalma rejimini sadələşdirə bilər. Bu insanlar Azərbaycana iqtisadiyyatına böyük yatırım etməklə ölkəyə kifayət qədər böyük pul kütləsi göndərirlər. Buna görə də Azərbaycanın Avrasiya İttifaqına daxil olmadan xeyir əldə edəcəyi açıq məsələdir. Kapital məsələsinə qaldıqda isə bu baxımdan da Azərbaycanın Avrasiya İttifaqına daxil olmasında xeyir var".

Politoloqun fikrincə, Azərbaycanın Av

rasiya İttifaqına daxil olmaqda könülsüzlük göstərməsi siyasi motivlərlə bağlıdır: "Azərbaycan ayrı-ayrı güc mərkəzləri arasında balanslaşdırma apamağa və Qərbələ xüsusi münasibət qurmağa çalışır. Qərbə isə bütün bu Avrasiya inteqrasiyası xoş gəlmir, onlar bunu gizlətmirlər. Lakin Türkiyənin özü Avrasiya İttifaqına daxil olmaq üçün Qazaxıstanla danışıqları davam etdirir. Azərbaycan belə hesab edir ki, bu barədə Rusiya və ya başqa ölkələrlə danışıq aparsa Qərbi məyus edə bilər".

Hələlik isə yuxarıda qeyd olunduğu kimi, rəsmi Bakı Putinin yeni birlyinə qoşulmaq niyyətində deyil. Özbəkistan prezidenti İslam Kərimov da yeni birliyi sərt formada tənqid denələr sırasındadır. Onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Belarus arasında yaradılan Avrasiya İqtisadi İttifaqı keçmiş Sovet respublikalarının müstəqilliklərinə təhdiddir. Daşkənddə keçirilən beynəlxalq qida konfransında danışan Kərimov bildirib: "Deyin mənə, iqtisadi müstəqillik olmadan siyasi müstəqillik olarmı?". Əvvəldən Putinin Avrasiya İttifaqına qarşı çıxan İslam Kərimov Sovetlər Birliyinin dağılmasını isə təbii və qanuni proses olaraq qiymətləndirmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs