news Image
2014.06.13
07:47
| A A A
Cəbhədə genişmiqyaslı hərbi əməliyyatlar başlanır?!
Asim Mollazadə: "Ermənistan kifayət qədər ciddi zərbə ala bilər" Tahir Kərimli: "Hadisələrin gedişi müharibəyə gətirib çıxarmasa da, ən azından intensivliyin artacağı şəksizdir"

Cəbhə bölgəsində ermənilərin diversiya xarakterli əməlləri səngimir. Əksinə, hadisələrin gedişi göstərir ki, bu proses günü-gündən daha aqressiv xarakter almağa başlayır. Atəşkəsin Ermənistan tərəfdən pozulması artıq xeyli müddətdir kəskinləşib. Artıq hadisələr genişmiqyaslı hərbi əməliyyatların ola biləcəyini də istisna etmir.

Millət vəkili Asim Mollazadənin fikrincə, Ermənistanın diversiya xarakterli hərəkətlərinin artması onun öz təcavüzkar siyasətinə son qoymaq istəməməsi ilə bağlıdır: "Müstəqilliyini itirmiş hərbi forpost kimi Ermənistan əsas məqsəd olaraq bölgədə gərginliyi saxlamaq, təzyiqləri artırmaq siyasəti aparır. İstisna deyil ki, hansısa məqamda onun sahiblərinin Azərbaycana qarşı hansısa daha geniş miqyaslı hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı belə bir planı da olsun. Ancaq Ermənistan bilməlidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin imkanı 90-cı illərin əvvəllərində olduğu kimi deyil. Ermənistan kifayət qədər ciddi zərbə ala bilər".

Vəhdət Partiyasının sədri Tahir Kərimli də cəbhə bölgəsində intensivliyin artacağının şəksiz olduğu qənaətindədir: "Bilirsiniz ki, Ermənistan-Azərbaycan münasibətləri artıq çoxdandır beynəlxalq müstəvi xarakteri alıb. Münaqişəyə böyük dövlətlərin təsir və nəzarəti güclüdür. Son amillər, Rusiyanın yaratdığı Avrasiya İttifaqına üzvlüklə bağlı Ermənistana 1 ay vaxt verilməsi, bu istiqamətdə Azərbaycana da rəsmi müraciətin olunması, bütün bunlar münaqişə ətrafında münasibətləri hədsiz dərəcədə ziddiləşdirib. Ermənilər də bu fürsətdən yararlanmaq istəyir. Onlar, hətta Madrid prinsipləri üzrə münaqişənin nizamlanmasını istəmir. Bu istiqamətdə ermənilərin narahatçılığı var. Əslən Şamaxıdan olan Ermənistan müdafiə naziri Seyran Ohanyanın ATƏT-in nümayəndəsi Anjey Kaspişkii şəxsən dəvət etməsi, ona qarşıdurmanın güclənəcəyi, Ermənistanın guya adekvat cavablar verə biləcəyi barədə xəbərdarlıq etməsi onların hədsiz dərəcədə qıcıqlandıqlarından xəbər verir. Ermənilər nəyin bahasına olursa-olsun Rusiya Azərbaycan münasibətlərinə təsir etmək istəyir. Cari ayın 14-də Barrozanın, 17-də isə Rusiya xarici işlər naziri Lavrovun Bakıya səfəri olacaq. Bu ərəfədə Ermənistanın cəbhədə gərginliyi artırması Azərbaycanı hansısa hərbi münaqişəyə cəlb etmək və bununla ölkəmizii müəyyən qədər fakt qarşısında qoymaq məqsədi güdür. Ona görə də hesab edirəm ki, iyun ayında bu istiqamətdə gərginliyin həddən artıq yüksək olacağını proqnozlaşdırmaq olar. Bütün bunlar fonunda Azərbaycan tərəfi də adekvat cavab verməyə hazırdır. Hər handa bu prosesdə Ermənistan tərəfinin Azərbaycanı hərbi münaqişəyə daha çox cəlb etmək istəyini görürəm. Hadisələrin gedişi müharibəyə gətirib çıxarmasa da, ən azından intensivliyin artacağı şəksizdir". Hər halda hadisələrin gedişi genişmiqyaslı hərbi əməliyyatların ola biləcəyini istisna etmir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs