news Image
2014.06.20
14:44
| A A A
Azərbaycanda təzə gəlin sevgilisinə qoşulub qaçdı - ŞOK OLAY

Göyçayda yenicə ailə quran 19 yaşlı gəlin sevgilisinə qoşulub qaçıb

Göyçayda yenicə ailə quran 19 yaşlı gəlin evdən qaçıb. Bu barədə gəlinin atası Məzahir İsmayılov anspress-ə məlumat verib. Onun sözlərinə görə, qızı, 1995-ci il təvəllüdlü Zemfira Məzahir qızı İsmayılova iyunun 9-da gəlin köçdüyü ər evindən naməlum istiqamətə çıxıb və geri qayıtmayıb. Atanın sözlərinə görə, qızı evdən çıxarkən şəxsiyyət vəsiqəsini də götürübmüş.


Qeyd edək ki, 19 yaşlı Zemfira İsmayılova bu ilin fevral ayında Göyçay rayonuna gəlin köçüb. Qızını uzaq qohumları, 1985-ci il təvəllüdlü Elçin Səyavuş oğlu Abbasovaya veriblər. Ərə gedəndən sonra qızının ər evində hər şey qaydasında olub. Lakin sonradan Zemfiranın qaynanası ilə problemləri yaranıb.


Fevral ayının 9-da isə Elçin qaynatasına zəng vuraraq arvadının evdən qaçdığını deyib.


"Əvvəldən qız Elçinə getmək istəmirdi. Nişanlanandan sonra xəbər tutmuşdu ki, Elçin evli olub və uşağı da var. Lakin sonradan aralarında razılığa gəlib evləndilər. Hər şey qaydasında idi. Kürəkənim mənə zəng vurub deyəndə ki, qızın qaçıb, şoka düşdüm", - deyə atası Məzahir İsmayılov vurğuladı.


Məzahir İsmayılov onu da əlavə etdi ki, Elçin sonradan Zemfiranın onu aldatdığı barədə bildirib. Kürəkənin iddiasına görə, Zemfira İsmayılova "Facebook" sosial şəbəkəsində başqa biri ilə danışırmış. Sonradan qadının mobil telefon vasitəsilə elə həmin şəxslə də mesajlaşdığını biliblər.


"Elçin əvvəlcə dedi ki, guya Zemfira evdən gedən zaman evdəki qızılları da aparıb. Amma sonra kürəkənim bildirdi ki, əslində qız ancaq şəxsiyyət vəsiqəsini götürüb. Qızılları isə götürməyib", - deyə Məzahir İsmayılov əlavə edib.


Məsələyə aydınlıq gətirmək üçün Zemfira İsmayılovanın həyat yoldaşı Elçin Abbasovla əlaqə saxladıq. Elçin Abbasovun verdiyi məlumata görə, evləndiyi gündən bu günə qədər heç bir problem yaranmayıb. Qadın nə istəyirmiş, əri onu yerinə yetirib.


"Zemfiranın evdən qaçması mənə çox pis təsir etdi. Mən özüm hüquq işçisiyəm. Araşdırmalar apardım. Demə, Zemfira telefon vasitəsilə vaxtilə istədiyi bir oğlanla mesajlaşırmış. Sonradan öyrəndim ki, demə, Zemfiranın "Facebook"da gizlin akkauntu varmış. Mən evdən çıxandan sonra həmin oğlanla danışırmış", - deyə Elçin Abbasov bildirdi.


O deyir ki, arvadının "Facebook"da olması heç ağlına da gəlməyib. Bundan qəzəblənən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.


Qeyd edək ki, Zemfira Məzahir qızı İsmayılova evdən çıxarkən əynində sarı kofta, qəhvəyi şalvar olub. Elə həmin geyimi də Elçin Abbasov arvadının xahişi ilə alıb.


Məsələ ilə əlaqədar rayon polis şöbəsinin təhqiqatçısı Kamran Vəliyevin verdiyi məlumata görə, Zemfira İsmayılovanın axtarışlarına başlanıb. Aparılan araşdırmalardan sonra, ehtimal olunur ki, Zemfira İsmayılova sevdiyi başqa bir kişi ilə qaçıb.


"Sosial şəbəkələrdə kimləsə danışırmış. Bundan başqa, onun telefonuna əlavə nömrələrdən zənglər də olub. Demə, Elçinlə Zemfira nişanlı olan vaxt, başqa bir oğlan olub. Həmin adam Elçinə deyibmiş ki, Zemfiranı sevir. Lakin Elçin buna fikir verməyib. İndi çalışırıq qadını tapaq", - deyə Kamran Vəliyev vurğuladı.


Hazırda qızın həm regionalarda, həm də Bakıda tapılması üçün polis axtarışlara başalyıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs