Əlaqə Arxiv
news Image
2014.06.25
19:07
| A A A
Dini Komitədən vəhabi açıqlaması
"Biz qarşımıza çıxana hər kəsə sən vəhabisən deyirik. O vəhabi olmasa da biz onu belə alandırırıq." 

ANS PRESS-in məlumatına görə, bunu QMİ-də keçirilən din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti buraxılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Qarayev deyib. 

O, qeyd edib ki, vəhabi olmayanlara vəhabi demək lazım deyil: 

"Həmin insan vəhabi olmasa da bizim dediklərimiz ona pis təsir edəcək. Nəticədə o, daha da arqesivləşəcək. Vəhabi olmasa da sonradan vəhabi olacaq. Ona görə biz bu məsələlərdə diqqətli olmalıyıq. Bu problemlərin yaranması üçün din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kursları çox önəm kəsb edir. Din xadimləri həmin kursda maariflənirlər və bunu getdikləri yerlərdə də təbliğ edirlər".
Sizin Reklam Yeriniz