news Image
2014.06.25
18:09
| A A A
Azərbaycanda qızıl bahalaşdı (VİDEO)
Dünya bazarında qızılın qiyməti bahalaşıb. 

ANS TV-nin məlumatına görə, bütün əyyarlar üzrə qızıldan olan zinət əşyalarının qiymətində artım var. Əgər əvvəl 585 əyarlı qızılın bir qramı 28-29 manat idisə hal-hazırda bu əyyarda olan qızıl məmulatın qramı 31-32 manata satılır. Bir qramı 38-40 manata təklif olunan 750 əyyarlı qızılın qiyməti isə hazırda 42- 45 manat arasında dəyişir. 

Satıcı Əfqan İmanov deyib ki qiymətlərin qalxması ilə əlaqədar alıcılığında səviyyəsi cüzi də olsa fərq eliyir. "Amma o da bizə bir önəmli problem yaratmır". 

Qızıl məmultlarının bahalaşması bazarda alıcılığa da mənfi təsir göstərib. Eyni zamanda Ramazan ayının başlanması tələbatın azalması ilə nəticələnib. Satıcılar isə alıcıları itirməmək üçün bir sıra addımlar atmaq niyyətindədirlər. 

Ekspert Samir Əliyevin sözlərinə görə ümumiyyətlə qızılın qiymətlərinin tələb və təklif amili ilə tənzimləndiyinə görə yay aylarında bu qiymətli metala təlabatın azalması onun qiymətinin ucuzlaşmasına səbəb olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs