Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Yad təriqətlərə qoşulanlar
 
 
news Image
2014.07.16
07:39
| A A A
Yad təriqətlərə qoşulanlar
Elşad Miri: “Bu məsələ ilə bağlı düzgün maarifləndirmə işi aparılmalıdır” Kənan Rövşənoğlu: “Din insanların əlində vasitəyə çevriləndə artıq təhlükəli olur”

Uzun müddətdir ki, bir sıra müsəlman ölkələrində dini ekstremistlərin törətdikləri fitnə-fəsad göz qabağındadır. Xüsusən də radikal vəhhabilərin bu istiqamətdə fəaliyyəti birmənalı qarşılanmır. O da maraqlıdır ki, ölkəmizdə vəhhabi, nurçu və digər bu kimi dini cərəyanlara qoşulanlar var və zəif də olsa, belələrinin sayında artım qeydə alınır. Araюdэrmalar və hьquq mьhafizə orqanlarэnэn əməliyyatlarэ gцstərir ki, paytaxta nisbətən digər dini təriqətlərə qoюulanlarэn sayэ bцlgələrdə daha зoxdur. Elə Suriya və Эraqa məzhəb uрurunda dцyьюlərə gedən azərbaycanlэlar daha зox həmin ərazilərimizdən olur. Ekspertlərin fikrincə bцlgələrdə yad təriqətlərə qoюulanlarэn sayэnэn artmasэ həmin ərazilərdə təbliрatэn və nəzarətin zəif olmasэ ilə baрlэdэr.

İlahiyyatçı alim Elşad Miri bildirir ki, Allah Quranda İslamın bütün təriqətlərinə mənsub olan insanları müsəlman adlandırır: "Sadəcə, bu gün İslam dinini gözdən salanlar çoxdur. Əfsuslar olsun ki, paytaxtda düzgün marifləndirmə işi qurulmadığına görə bu işin mənfi tərəfləri özünü bölgələrdə fərqli şəkildə büruzə verir. Bölgələrdəki insanların daha çox asudə vaxta sahib olduqları, bir-birilərini yaxından tanıdıqları üçün orada hər hansısa dinin daha geniş vüsət alması müşahidə olunur. Bu gün bölgələrdə din xadimi altında ortaya çıxan şəxslərin bilgisizliyi, ancaq ordakı insanların yas məsələsi ilə bağlı din anlayışlarını formalaşdırmaları və əhalinin cibinə göz dikmələri nəticəsində fərqli qruplar, sektaların nümayəndələri öz missiyalarını məharətlə həyata keçirirlər. Bunun nəticəsində də belə çoxalma baş verib".

Elşad Miri bildirdi ki, vəhhab sözü Allahın adıdır: "Vəhhab ifadəsini Allahın adını xoşlamayan şəxslərə qoyulmasının tərəfdarı deyiləm. Bu, birbaşa Allahla bağlı məsələ olduğuna görə hətta günahdır. Amma bu insanlar özlərini sələfi, nurçu adlandırırsa, məsələyə bu cür yanaşmalıyıq. Bəziləri Azərbaycanda deyil, İrandakı hansısa din xadiminin, daha çox hansısa ayətullahı təqlid etdiklərinə, onun sözləri ilə oturub durduqlarına görə daha təhlükəli görünə bilərlər. Digər tərəfdən Azərbaycanda formalaşmamış, yad olan müəyyən ünsürlərə uyğun olaraq hansısa məzhəb formalaşırsa, onlar da təhlükəli görünür. Ona görə də bu məsələ ilə bağlı mübarizə deyil, düzgün maarifləndirmə işi aparılmalıdır. Bu iş də 1-2 günlük olmalı deyil. Planlı metodla həyata keçirilməlidir. Belə olmasa, hər bir məzhəblə bağlı təhlükələr qaçılmazdır".

İlahiyyatçı Kənan Rövşənoğlu bildirdi ki, Sovet hökuməti dağılandan sonra Azərbaycanda din azaddır: "Ondan sonra ənənəvi şiə və sünni məzhəbləri üzərində ciddi təbliğat aparılmadı. Bunun əvəzinə xaricdən gələn cərəyanlar o dövrdə Azərbaycana daha rahat şəkildə yerləşdilər. Onlar isə təbliğata daha hazırlıqlı idilər. Xalq arasında dini cəhətdən boşluq olduğuna görə rahat şəkildə yer tuta bildilər. Birinci Qarabağ müharibəsindən sonra da yad cərəyanların nümayəndələri missioner, yardım adı ilə gəlib rahat şəkildə fəaliyyət göstərirdilər. İkinci tərəfdən də əhalinin sanki dinə ehtiyacı var idi. Ənənəvi məzhəblərdən fərqli olaraq onlar dini daha yaxşı bilir və daha yaxşı təbliğ edirdilər. Bu səbəbdən Azərbaycanda müxtəlif məzhəblər sürətlə yayıldı".

İlahiyyatçı əlavə etdi ki, ümumiyyətlə, din təhlükəli hesab olunmur: "Allah insanlara din, inanc azadlığı verib. Zorla kiminsə inancını dəyişmək mümkün deyil. Sadəcə, təhlükəli olan kimlərinsə dindən öz maraqları üçün istifadə etməsidir. Din insanların əlində vasitəyə çevriləndə artıq təhlükəli olur. Din inanc məsələsi olduğuna görə insanların mənəvi bağlılığı var. Həmin bağlılıqlardan istifadə edib, din ilə insanları yönəldəndə təhlükəlidir. Bunun da qarşısını almaq üçün İslamın həqiqi dəyərləri təbliğ olunmalıdır. Bununla bağlı dövlətin proqramı olmalıdır ki, kənardan gələn zərərli ünsürlər cəmiyyətdə özünə yer tapa bilməsin. Bu gün bəzi insanlar həqiqi İslamı görmədikləri üçün rahat şəkildə başqa məzhəblərə qoşulurlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs