Əlaqə Arxiv
news Image
2014.07.16
18:00
| A A A
"Övladlarını görəndə öpüb-bağrıma basıram"- Mətanət
Müğənni Mətanət Əsədova "Hər şey daxil" verilişinin qonağı olub.


"Qafqazinfo"nun məlumatına görə, aparıcıların "Dilinizin bəlasına düşmüsünüzmü?" sualını cavablandıran ifaçı hər zaman sözün düzünü danışdığını, ona görə də başı bəlalar çəkdiyini bildirib.

"Kamera görüb dəyişən insan deyiləm. Desəm öldürərlər, deməsəm ölləm. Mən də hər şeyin düzünü deyirəm. Bilirəm bu heç kimə lazım deyil. Bu yaşımdan sonra dəyişə bilmərəm. İnsanların arxası ilə danışmağı sevmirəm. Allah vurmuşdu onu, niyə arxası ilə danışmalıyam? Sözüm olanda çağırıram yanıma ki, gəl məsələmizi həll edək. Heç kimin ayağına getmirəm. Küsülü olduğum insanların övladlarını görəndə öpüb-bağrıma basıram. Onların nə günahı var? Elə müğənnilər var ki, onlardan zəhləm gedir , amma gözəl oxuyur. Ətrafımdakı insanlar da bilir ki, ondan xoşum gəlmir. Amma yenə də deyirəm ki, bəh-bəh necə gözəl oxuyur. Nə edim ki, onun zövqü yoxdur, gigiyenik qaydaları bilmir, geyim seçə bilmir. Əsas odur ki, gözəl ifa edir".

Sizin Reklam Yeriniz