news Image
2012.04.09
12:44
| A A A
ABŞ-da irqçilik cinayəti baş verib

ABŞ-ın cənubundakı Oklahoma əyalətinin Tulsa şəhərində 3 zəncini öldürməkdə təqsirli bilinən 2 nəfər nəzarət altına alınıb. Polis, Amerika Federal İstintaq Bürosunun da qatıldığı geniş araşdırmadan sonra 19 yaşlı Ceyk England və 32 yaşlı Alvin Vatsın nəzarətə alındıqlarını bildirib və cinayətin irqçi motivli olma ehtimalını da qeyd edib.

Cinayətin cümə günü Tulsa şəhərində zəncilərin yaşadığı bir ərazidə baş verdiyini ifadə edən polis, hadisə zamanı 2 nəfərin də yaralandığını qeyd edib.

ABŞ-dakı zəncilərin mədəni haqqlarını müdafiə edən ən böyük quruluşlardan olan NAACP-ın yerli bir şöbəsi,cinayətdən sonra hadisənin dərhal həll edilməsinin lazım olduğunu bildirib. ABŞ-da fevral ayında Floridada 17 yaşlı Trayvon Martin adlı gəncin Corc Zimmerman adlı amerikalı tərəfindən öldürülməsi də maraq yaradaraq,

cəmiyyətlərarası əlaqələr və qanuni-müdafiə mövzularında müzakirə edilib.


Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs