news Image
2011.11.23
18:45
| A A A
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan beynəlxalq polis təşkilatı – İNTERPOL-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qonaqları salamlayaraq bildirdi ki, onların ölkəmizlə daha yaxından tanış olmaq imkanı vardır. Azərbaycanın bu il müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyini deyən Heydər Əliyev Fondunun prezidenti ötən müddətdə ölkəmizin böyük nailiyyətlər əldə etdiyini, regionun lider dövlətinə çevrildiyini, respublikamızda bütün sahələrdə sürətli inkişafın getdiyini diqqətə çatdırdı.

Mehriban xanım Əliyeva xüsusilə qeyd etdi ki, Azərbaycan təhlükəsiz ölkədir və respublikamızda cinayətkarlığın səviyyəsi çox aşağıdır. Heydər Əliyev Fondunun prezidenti ölkəmizin 1992-ci ildən İNTERPOL-a üzv olduğunu, dövlət və hökumət orqanları ilə bu qurum arasında sıx əlaqələrin qurulduğunu vurğuladı.

"Azərbaycan təhlükəsizlik baxımından nümunəvi ölkədir", -deyən İNTERPOL-un baş katibi Ronald Nobl Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu vurğulayaraq fondun mədəniyyət tədbirlərinin keçirilməsindəki təcrübəsini qeyd etdi. O, gələcəkdə Azərbaycanda birgə mədəni tədbirlərin keçirilməsini təklif etdi.

Sonra Ronald Nobl İNTERPOL-un bu il təsis etdiyi "Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə" yadigar medalını Mehriban xanım Əliyevaya təqdim etdi.

Baş katib R.Nobl bildirdi ki, Mehriban xanım Əliyeva dünyada bu medalın təqdim olunduğu ilk şəxsdir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs