news Image
2014.09.05
09:55
| A A A
Göygöldə qətl törədilib

Göygöl rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.


Göygöl rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Quşqara kəndi ərazisində Quşqara çayının sahilində baş verib.

 

Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Kamil Rüstəmov aldığı bıçaq yarasından dünyasını dəyişib. Onun qayını, 1982-ci il təvəllüdlü şəhər sakini Urfan Rzayev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Prokurorluqdan bildirilib ki, Kamil Rüstəmovun qayını Urfan Rzayev tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi bildirilsə də, hazırda bu istiqamətdə araşdırma aparılır. Urfan Məmmədovun kim tərəfindən bıçaqlandığı isə hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.