Əlaqə Arxiv
news Image
2012.07.16
17:51
| A A A
Suraxanı rayonunda 2012-ci ilin 1-ci yarımilinə yekun vurulmuşdur

14 iyul 2012-ci il tarixdə Suraxanı rayonunda "Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr"ə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.Hesabat yığıncağında Suraxanı rayonunda 2012-ci ci ilin 1-ci yarımilində görülmüş işlərə yekun vurulmuş və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Tədbir Yeni Suraxanı qəsəbəsində "14 iyul" küçəsində Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən "Xatirə kompleksi"nin ətrafında aparılan abadlıq işlərinə baxışla başlanmışdır. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Mərkəzin sifarişi ilə hazırlanmış "Əyilməz iradə" filmini seyr etmişlər.

Hesabat yığıcağıni açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur.

Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.

Çağdaş Azərbaycanın inkişafının Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan bu iki mühüm dövrü özəlliklə seçilir. Həmin dövrlər bütün siyasi, ictimai, iqtisadi xüsusiyyətlərinə görə bir-birlərindən köklü surətdə fərqlənsələr də, mahiyyət və məqam baxımından eyni məqsədə - Azərbaycanın inkişafına və Azərbaycan xalqının xoşbəxtliyinə xidmət etmişdir.

İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur.

Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz Lider olaraq gördüyü möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququ qazanmışdır. Ölkəmiz "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməklə bütün dünyaya göstərdi ki, Azərbaycan böyük tədbirləri keçirməyə qadirdir.

Xalqımızın xoşbəxtliyidir ki, bütün bu işlərin arxasında Ulu Öndərin siyasi məktəbinin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanır.

Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca Heydər Əliyev də yaşayacaqdır.

Daha sonra Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məlumat vermişdir ki, Dövlət Proqramına əsasən Suraxanı rayonunda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 25-i tam icra olunmuş, 53-nin icrasına başlanılmışdır.

Dövlət Proqramının icrası ilə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 08 fevral tarixdə Bülbülə qəsəbəsində 313 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuş, mayın 11-də isə Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində sahəsi 1,7 ha olan yeni salınmış 5-ci parkın açılışında iştirak etmişdir.

Dövlət Proqramınınicrası ilə əlaqədar 2012-ci ilin 6 ayı ərzində 154,2 min p.m qaz xətti çəkilmiş, 7 856 ədəd "Smart-kart" tipli elektron qaz sayğacları quraşdırılmış, 9,5 min p.m yeni su xətti, 2,0 min p.m yeni kanalizasiya xətti çəkilmiş, 1061 ədəd su sayğacları quraşdırılmışdır. "Azərsu" ASC tərəfindən görülmüş tədbirlər nəticəsində rayonun su təchizatında yaxşılığa doğru xeyli irəliləyiş əldə olunmuşdur. "Dədə Qorqud" adlandırılan yaşayış sahəsinin yaxınlığında inşa edilən 70000 kub.m-lik həcmli su anbarları kompleksində 2 ədəd 10000 kub.m həcmli su anbarlarının tikintisi başa çatdırılmış, 500 mm. diametrli polietilen borularla Hövsan qəsəbəsinə 6570 p/m yeni su xətti çəkilmiş, 56 ədəd siyirtmə quraşdırılmış və nəticədə Hövsan qəsəbəsinin tarixində ilk dəfə 32300 nəfər sakin içməli su ilə fasiləsiz təmin edilmişdir.

Əhalinin içməli su ilə fasiləsiz təmin edilməsi istiqamətində pilot layihəyə uyğun Yeni Günəşli "Q" yaşayış sahəsində su şəbəkəsinin qurulması üçün 450 p/m su xətti çəkilmiş, Bülbülə qəsəbəsinin S.Əliyev küçəsi, Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış sahəsini içməli su ilə təmin etmək üçün Romana qəsəbəsində 10000 kub.m su anbarı tikilir. Rayonun elektrik şəbəkəsində 52,0 min metr SİP kabeli, dairəvi sxem yaratmaq üçün 22,0 min metr kabel xətləri çəkilmişdir. Rayonun müxtəlif yerlərinə müxtəlif mənbələr hesabına 70,0 min kv.m-dən çox asfalt örtüyü salınmışdır.Bülbülə qəsəbəsində 640 şagird yerlik yeni məktəb binasının və Yeni Günəşli yaşayış sahəsində yeni parkın tikintisi işləri Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir. 2 səhiyyə müəssisəsinin, 9 məktəbin, 4 uşaq bağçasının və Uşaq evinin əsaslı təmiri işlərinə başlanılmışdır. Hövsan-Binə-Dədə Qorqud-Bahar qəsəbələri ətrafı 300 hektar ərazidə müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması, Hövsan qəsəbəsində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə 215,7 km uzunluğunda boru xəttinin yenidən qurulması və digər müvafiq işlərin görülməsi işlərinə başlanılmış, hazırda 9570 p/m boru xətti çəkilmişdir. Hövsan qəsəbəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli yaşayış binası inşa edilir.

Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun və Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında dekorativ divarların tikilməsi, yeni parkların salınması, yolun kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması işləri davam etdirilmiş, 159 fərdi yaşayış evinin dam örtüyü metal-keramik örtüklə yenidən vurulmuş, hörgü, beton, aqlay daşla üzləmə, suvaq işləri görülmüşdür.

Hövsan qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi işləri davam etdirilmiş, ümumilikdə hesabat dövrü ərzində 12,6 min m2 metal keramika dam örtüyü vurulmuşdur.

"Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun ətrafının abadlaşdırılması, Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir.

Rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 14,3 hektar neftlə çirklənmiş ərazidə texniki rekultivasiya işləri aparılmış, 11,9 hektar ərazisi olan 15 süni göl ləğv edilmişdir.

Göstərilən dövr ərzində rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, tədbirlərin əksəriyyəti rayonun Heydər Əliyev Mərkəzində təşkil edilmiş, Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyətləri, ali təhsil müəssisələri, elmi institutlar ilə, Azərbaycanın dövlət qurumları ilə birgə 2009-cu ildə 10, 2010-cu ildə 26, 2011-ci ildə 28, 2012-ci ilin 6 ayı ərzində 15 tədbir keçirilmiş, bu günə qədər ümumilikdə 39 min nəfərə yaxın insan Heydər Əliyev Mərkəzini ziyarət etmişdir.

Faşizm üzərində qələbənin 67-ci ildönümü münasibəti ilə Yeni Günəşli "Q" yaşayış sahəsində növbəti "Veteranlar güşəsi" istifadəyə verilmiş, 12 ünvanda 26 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2012-ci ilin birinci yarımilliyində 71 tədbir keçirilmiş, Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar tədbirlərdə 7663 uşaq, yeniyetmə və gənc, keçirilmiş idman yarışlarında 6461 idmançı, "Şahin""Cəsurlar" hərbi-idman oyunları üzrə yarışların məktəbdaxili mərhələsində 7067 şagird iştirak etmişdir.

Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Rayon İcra Hakimiyyətinin əməkdaşı Allahverdiyev Xanoğlan Əhməd oğlu da təltif olunanlar sırasında olmuşdur.

Sevindirici haldır ki, 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələrinə görə rayonun 146278 saylı tam orta məktəbləri və 290 saylı məktəbin müəlliməsi Sayılova Fatimə İsrafil qızı da qaliblər sırasında olmuşlar.

Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə 114 saylı tam orta məktəbin direktoru Novruzova Ceyran Kamal qızı "Təhsil hamı üçün" konsepsiyası çərçivəsində inkluziv təhsilin həyata keçirilməsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri fərmanla təltif edilmişdir.

6 ay ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2060 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, imtiyazlı ailələrə 2 milyon 645 min manat məbləğində ünvanlı sosial yardım və 2 milyon 339 min manat məbləğində sosial müavinət ödənilmiş, 57 əlil istirahət mərkəzlərinə göndərilmiş, Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 760 nəfərdən 469 nəfəri işlə təmin olunmuş, 104 nəfərə işsizlik müavinəti təyin edilmiş, 40 nəfər peşə hazırlığı kürslarına göndərilmiş, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən cari ilin 6 ayı ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 423,6 min manat vəsait toplanmış, 637 nəfərə pensiya təyin edilmiş, 26948 nəfər təqaüdçüyə 25,6 milyon manat pensiya ödənilmişdir.

6 ay ərzində Rayon İcra Hakimiyyətinə 1800 vətəndaş müraciəti və 599 xidməti sənəd daxil olmuş, göstərilən dövr ərzində RİH başçısı tərəfindən 452 nəfər vətəndaş qəbul edilmiş, sakinlərlə yerlərdə görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 534 nəfər sakinin iştirakı ilə keçirilmiş 11 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 6 ay ərzində rayon əhalisinə 596 ton kənd təsərrüfatı məhsulları satılmışdır.

Hesabat yığıncağında məruzə ətrafında çıxışlar olmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat yığıncağını bu sözlərlə yekunlaşdırdı: Rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, həmişə olduğu kimi cənab Prezidentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələrimizi layiqincə yerinə yetirəcəyik.

        


 


Sizin Reklam Yeriniz