news Image
2014.10.15
07:24
| A A A
Rusiya ilə hərbi əməkdaşlığın yeni yüksəliş mərhələsi başlanır
Ekspert: “Yaxın zamanlarda Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafının şahidi olacağıq”

Son dövrlərdə Rusiyanı Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığını daha da intensivləşdirməsi müşahidə olunur. Bu istiqamətdə hərbi sahədə də müəyyən addımlar atılır. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ölkəmizə səfər etməsi hərbi müstəvidə baş tutacaq daha yüksək münasibətlərdən xəbər verir.

Səfər beynəlxalq və regional təhlükəsizlik, Xəzərdə hərbi əməkdaşlıq barədə fikir mübadiləsi, ikitərəfli hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığın əsas inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzərində qurulub. İki ölkə arasında müdafiə nazirləri tərəfindən 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb.

Mütəxəssislər hesab edir ki, Sergey Şoyqunun səfəri Azərbaycanın Rusiyadan yeni silah alışına təkan verəcək. Bu dəfə isə qiymətlərin daha ucuz olacağı da istisna edilmir. Hətta "Kommersant" qəzeti hərbi mənbələrə istinadən yazır ki, Rusiya 5 ildə Azərbaycana 5 milyard dollarlıq silah göndərəcək. Azərbaycan da öz növbəsində 2015-ci il dövlət büdcəsi layihəsində müdafiə məqsədləri üçün nəzərdə tutulan xərcləri 2014-cü ilin göstəricisinə nisbətən 3,1% artırıb. Eyni zamanda artıq ölkə Prezidenti İlham Əliyev də yeni silahların alınacağı barədə məlumatlar verib.

Hərbi məsələlər üzrə ekseprt Üzeyir Cəfərov bildirdi ki, S. Şoyqunun Azərbaycana səfəri xeyli müddət əvvəl planlaşdırılmışdı: "Səfərin əsas məqsədi iki dövlət arasında olan münasibətlər, regional təhlükəsizlik, ikitərəfli əməkdaşlıq məsələləridir. Həm də Azərbaycan ilə Rusiya hərbçilərinin müxtəlif təhsil və tədris mərkəzlərində təlimlər keçməsi nəzərdə tutulub. Amma diqqətçəkən məqam odur ki, bundan sonra rus hərbiçiləri də Azərbaycanın hərbi tədris müəssisələrində hazıqlıq keçəcəklər. Belə bir razılıq əldə olunub. Bu, SSRİ zamanında var idi. Müstəqilliyin ilk illərində Rusiya hərbçilərinin bizim hərbi dənizçilik məktəbində təhsil alması olub. Amma son illər bu sahə bir qədər zəifləmişdi. İndi isə müafiə nazirlərinin birgə imzaladıqları sənədə əsasən, proses növbəti illərdə artan xətt üzrə davam edəcək. 2011-ci ildən başlayaraq Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında bir neçə saziş imzalanıb. Bu sazişin zaman-zaman bəzi müddəları haqqında məlumatlar alırıq. Rusiyadan Mİ35 döyüş vertolyotlarının alınması, T90 tanklarının alınması və s. 2011-ci ildə imzalanmış müqavilələr əsasındadır. İndi də S. Şoyqu diqqətə çatdırdı ki, 2013-2016-cı illərdə Rusiya ilə Azərbaycan arasında proqram imzalanıb. İşlər həmin proqama əsasən həyata keçirilir. Ən önəmli məqamlardan biri isə hərbi dəniz qüvvələrində birgə əməkdaşlıqdır. Bu, son illərdə artıq bir ənənə halını alıb. Bilirik ki, hazırda Xəzər dənizində Rusiyanın yeni hərbi gəmiləri fəaliyyətə başalyır. Yaxın günlərdə iki rus gəmisi Bakı buxtasına yan alacaq. Həmin dənizçilər dostluq səfəri həyata keçirirlər. Dostluq səfərində onlar Hərbi Dənizçilik Məktəbinə baş çəkəcəklər. Bundan başqa, gələn il Azərbaycan hərbçiləri Həştərxanda Rusiya Federasiyanın Xəzər Donanmasındakı bazasına baş çəkəcəklər. Qısası, hələ görüləsi işlər çoxdur. Yəni, bundan sonra ikitərəfli münasibətlər yeni bir müstəviyə keçəcək".

Ekspertin fikrincə, narahatçılıq yaradan məsələ odur ki, artıq Ermənistandakı Rusiyanın 102-ci bazası təlimə başlayıb: "Təlimlərdə 3000 şəxsi heyət, 500 hərbi texnika, o cümlədən MİQ-29 qırıcıları iştirak edəcək. Düzdür, bunu onların daxili işləri kimi baxmaq olar. Amma Rusiya Minsk qrupunda həmsədr dövlətdir. Ermənistana müəyyən təzyiqlər göstərməlidir. Yəqin ki, Şoyqunun dövlət rəhbəri ilə görüşündə bunlar müzakirə olunub".

Üzeyir Cəfərov bildirdi ki, yaxın zamanlarda Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafının şahidi olacağıq: "Prezident də Nazirlər Kabinetinin son iclasında dəqiq vuran müasir silahların alınacağını vurğuladı. Bu, o anlama gəlir ki, Azərbaycan Rusiyadan yeni silah-sursat növlərini alacaq. Nə qədər ki, torpaqlarımız işğal altındadır, o qədər də Azərbaycan bu məsələlərdə Rusiya ilə əməkdaşlıq edəcək. Rusiya Hərbi Sənaye Kompleksinin istehsalı olan məhsullarının Azərbaycan Silahlı Qüvvələrində tətbiqi önəm daşıyacaq. Xəzər dənizində donanmanın yenilənməsi, hərbi-texniki əməklığın daha da təkmilləşdirilməsi üçün müəyyən addımlar atılacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs